16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

QƏTƏR ŞEYXİ, TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ, OMAN XİN RƏHBƏRİ…- BƏƏ amerikalı kəşfiyyatçıları casusa çevirərək siyasətçiləri və diplomatları necə izləyib?

03 Fevral 2019, 21:58
Manşet
A A
QƏTƏR ŞEYXİ, TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ, OMAN XİN RƏHBƏRİ…- BƏƏ amerikalı kəşfiyyatçıları casusa çevirərək siyasətçiləri və diplomatları necə izləyib?

ABŞ güc strukturlarının keçmiş əməkdaşlarına istənilən xarici hökumətin lobbiçiliyini aparmaq qadağan olunacaq. Qadağanın tətbiqinə yaxın vaxtlarda başlanacağı bildirilir. Artıq bununla bağlı “Kəşfiyyat xidmətləri direktorlarının lobbiçiliyinin qarşısının alınması haqqında” qanun layihəsi hazırlanıb. Qadağa təşəbbüsü ilə çıxış edənlər Demokratlar Partiyasının konqresmenləridir.

Təşəbbüsün ortaya çıxmasına səbəb kimi, xüsusi prokuror Robert Müllerin araşdırması göstərilir. Həmin araşdırmaya görə, ABŞ prezidentinin keçmiş köməkçisi Maykl Flin Türkiyə hökumətinin xeyrinə lobbi fəaliyyəti ilə məşğul olub.

«General Flinin Türkiyə və Rusiya ilə əlaqələrini nəzərə alaraq biz kəşfiyyat orqanları rəhbərlərinin digər dövlətin maraqları üçün lobbiçilik etməmələrini və ABŞ-ın milli təhlükəsizlik maraqlarını təhlükəyə atmamalarını təmin etməliyik”, – deyə Texasdan olan konqresmen Xoakin Kastro bildirib.

Bu, məsələnin rəsmi və görünən tərəfidir. Qeyri-rəsmi tərəfi isə daha diqqətçəkəndir. Bəzi iddilara görə, qanun layihəsinin gündəmə gətirilməsini “Reuters” agentliyinin bugünlərdə dərc etdiyi qalmaqallı araşdırmada yer alan faktlar zəruri edib. Söhbət, dünya mətbuatında geniş müzakirələrə yol açan “Raven” layihəsindən (“Project Raven”) gedir.

Araşdırmadan məlum olur ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşları Birləşmiş Ərəb Əmirliklərində təkcə məsləhətçi kimi xidmət göstərməyiblər. Eyni zamanda BƏƏ-yə işləyərək amerikalıların izlənməsində iştirak ediblər.

“Reuters” özünün təhqiqatında üzə çıxarıb ki, BƏƏ-nin hazırladığı “Project Raven” çərçivəsində ABŞ kəşfiyyatının keçmiş üzvlərindən ibarət gizli komanda qurulub. Komandaya Birləşmiş Ərəb Əmirlikləri tərəfindən ələ alınmış 20-yə yaxın mütəxəssis cəlb olunub. Qrupun fəaliyyəti Abu-Dabini keçən şəxslərin izlənilməsindən ibarət olub. Bu şəxslərə terrorçu dəstələrin üzvləri də daxildir, ərəb monarxiyasını tənqid edən hüquq müdafiəçiləri və müxalifətçilər də.

“Raven”in əməkdaşları Abu-Dabidə xüsusi təchiz olunmuş “Villa” adlanan evdə yaşayıblar. Sonradan layihənin adını “DarkMatter”lə əvəzləyiblər.

Lori Stroud

 

Layihə barədə ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Lori Stroud sayəsində xəbər tutmaq mümkün olub. Stroudu agentliyi tərk edəndən iki həftə sonra ələ alıblar.

Lori Stroud ABŞ Milli Təhlükəsizlik Agentliyində 10 il işləyib – əvvəlcə (2003-2009-cu illərdə) sıravi işçi, sonra (2009-cu ildən 2014-cü ilədək) isə nəhəng texnologiya şirkəti “Booz Allen Hamilton” üçün podratçı kimi. Stroudun işi Çin kimi xarici dövlətlərin kompüter sistemlərində mövcud olan zəiflikləri axtarmaq və hansı məlumatların dəyərli olduğunu təhlil etmək idi.

2013-cü ildə hər şey kəskin şəkildə dəyişib. Stroudun sözlərinə görə, Havay adalarında işləyərkən böyük səhvə yol verib. O, öz komandasına “Dell” şirkətinin texniki Edvard Snoudeni cəlb etməyi məsləhət görüb. Bu həmin Snoudendir ki, sonradan Milli Təhlükəsizlik Agentliyinin ABŞ və başqa ölkələrdə insanları necə dinlədiyini ifşa etmiş və xeyli dövlət sirrini dünya mediasına ötürmüşdü.

«O, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşıdır, yerlidir və “təmizdir”, – deyə Stroud Snoudeni rəhbərliyə təqdim edib. Snoudenin ifşası ictimailəşəndən sonra Lori Stroud da işini itirməli olub. Lakin Stroud işsiz qalmır. Və köhnə işindən uzaqlaşdırılandan cəmi iki həftə sonra Birləşmiş Ərəb Əmirlikləri onu ələ almağı bacarır.

Lori Stroud də “Project Raven”ə cəlb edilir. O və layihədəki digər amerikalılara ABŞ vətəndaşlarını izləmək barədə təlimat verilir.

Edvard Snouden

 

«Agent Stroud “Procect Raven”in məxfi casus komandasına cəlb edilir. Komandada ABŞ kəşfiyyatının Birləşmiş Ərəb Əmirlikləri tərəfindən ələ alınmış ondan artıq keçmiş əməkdaşı işləyirdi. Onların vəzifəsi digər hökumətləri, həmçinin BƏƏ iqtidarını tənqid edən yerli jurnalist və hüquq müdafiəçilərini izləmək idi”, – deyə “Reuters” yazır.

Bu arada, Lori Stroud istintaqla əməkdaşlıq etməyə razılıq verib. Stroudun sözlərinə görə, Abu-Dabidə böyük villada işləyiblər, əsasən də telefonların və komtüterlərin “qırılması” ilə məşğul olublar.

Komanda kibercasusluğun ən yeni üsullarından istifadə edib. Məsələn, “Karma” haker proqramı vasitəsiləsiyasilərin, diplomatların iPhone-larına daxil olublar, oradan şəxsi yazışmaları, fotoları, səsli mesajları, şifrələri oğurlayıblar.

Bilgi və məlumatları oğurlananlar arasında Qətər şeyxi Tamim ət-Tani, Türkiyənin keçmiş baş nazirinin müavini Mehmet Şimşək, Omanın xarici işlər naziri Yusuf ben Ələvi ben Abdulla, Yəməndən olan siyasi fəal və Nobel sülh mükafatı laureatı Təvəkkül Karman da var.

“Karma” proqramı haqda deyilənləri “Reuters”ə adının açıqlanmasını istəməyən digər 8 layihə iştirakçısı da təsdiqləyib.

Üç il sonra layihədəki amerikalılar görüblər ki, onların hədəfləri daha çox ABŞ vətəndaşlarıdır. Agentlərin dediyinə görə, bu, onlar üçün keçmək istəmədikləri “qırmızı xətt” demək idi. Nəticədə bəzi amerikalı agentlər “Project Raven”dən çıxmağa başlayıb.

«Belə çıxır ki, mən başqa ölkənin amerikalıları pusan xarici kəşfiyyatına işləyirdim. Amerikalılar amerikalıları izləməməlidirlər”, – Stroud bildirib.

Abu-Dabidə deyirmişlər ki, izlənmə ekstremistlərdən gələ biləcək terrorizm təhlükəsi ilə bağlıdır. Və onlar bu işdə Birləşmiş Ştatlarla əməkdaşlıq edirlər.

ABŞ hökumətinin bu izləmədən xəbərdar olub-olmadığı məlum deyil. Lakin o məlumdur ki, BƏƏ “Project Raven”dəki şöbələrin sayını artırıb. Onların əksəriyyəti indiyə qədər fəaliyyət göstərir və amerikalılardan gizlədilir.

Federal Təhqiqatlar Bürosu isə bu iş üzrə apardığı araşdırmada ən çox ABŞ Milli Təhlükəsizlik Agentliyinin gizli iş metodlarının BƏƏ-yə sızıb-sızmadığını öyrənməyə çalışır…

Hazırladı: G.Hüseynova

Strateq.az

Əvvəlki yazı

BU GÖSTƏRİCİYƏ GÖRƏ QONŞU ÖLKƏLƏRƏ 100 İL UDUZURUQ – Ekspert açıqladı

Sonrakı yazı

Ekspertlər Elman Rüstəmovun bəyanatına cavab verdirlər:“Hər 100 dolların 81 dolları neft satışından əldə edilir”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.