10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Qərb də sabitliyi əldən verməyə başlayıb” – Analitik

05 Fevral 2020, 10:58
Siyasət
A A
“Qərb də sabitliyi əldən verməyə başlayıb” – Analitik

İŞİD, deyəsən, yenidən “xortlayır”. Özü də bu dəfə “qoca qitə”yə ayaq basmağa başlayıb. Söhbət İŞİD-in Londonda baş vermiş terror aktının məsuliyyətini öz üzərinə götürməsindən gedir.

Qeyd edək ki, terror aktı nəticəsində 3 nəfər yaralanıb. Polis hücum edən şəxsi zərərsizləşdirib. Daha sonra araşdırma zamanı məlum olub ki, hadisəni törədən şəxs Sudeş Amman terrorizmə və ekstremist materialalrın yayılmasına görə məhkumluq həyatı yaşayıb.

Lakin İŞİD Avropada ilk dəfə terrora əl atmır. Onlar Fransada, Belçikada terakt törədiblər. Suriya və İraqda mövqeləri kifayət qədər sarsılan, ələ keçirdikləri şəhərləri bir-bir geri qaytarmalı olan, qüvvələrini arxaya çəkməyə məcbur olan İŞİD-in indi pərən-pərən düşdüyü deyilir.

Özəlliklə də Əbubəkr əl-Bağdadinin ələ keçməmək üçün özünü partlatmasından sonra İŞİD-in də “Əl-Qaidə” taleyi yaşayacağı gözlənirdi.

Məlumdur  ki, Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maulə adlı biri silahlı birləşmənin başına keçib. Onu qısaca Abdullah Qardaş kimi tanıyırlar. Qərb mediası yazır ki, onun gəlişi İŞİD-i yenidən fəallaşdırır.

Abdullah Qardaş 1976-cı ildə İraqın Mosul vilayətinə bağlı türkmən şəhəri olan Telaferdə dünyaya gəlib.

İŞİD-in aktiv fazaya keçidi Azərbaycan üçün də xoş xəbər deyil. Bir az əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında bildirmişdi ki, İŞİD MDB ölkələrində fəaliyyətini genişləndirməyi planlaşdırır. Onun sözlərinə görə, MDB xüsusi xidmət orqanları Əfqanıstanda İŞİD bölmələrinin fəallığının artdığını müşahidə edirlər.

Politoloq Ramiyə Məmmədovanın “Yeni Müsavat”a dediyinə görə, Nitsa, London, Berlin, Stokholm və Barselona kimi şəhərlər oxşar terrorun qurbanına çevriliblər.

Onun fikrincə, Avropada İŞİD kabusu davam edəcək və qruplaşmanın içindəki nəzarətsiz qruplar vaxtaşırı terrora cəhd göstərirlər. Ekspert hesab edir ki, Qərb ölkələri də Yaxın Şərq kimi sabitliyi əldən verməyə başlayıb.

“İŞİD indi dünyanın hər yerinə səpələnib. Əfqanıstandan tutmuş Tacikistana qədər, Pakistandan Almaniyaya qədər genişləniblər. Bu gün  Orta Asiya ölkələrində İŞİD simpatizanları daha çox narahatlıq doğurur. Onlar yalnız İraq və Suriya ilə məhdudlaşmadılar, qlobal terror xəttini götürdülər.

Bu da istər-istəməz bir mərkəzdən idarəçiliyə çətinlik yaradır, hansısa kiçik qruplar lokal teraktlara səy göstərirlər. Diqqət etsək, Avropa şəhərlərində terror hadisələri əsasən tək adam tərəfindən törədilir. Yəni İŞİD qarşısıalınmaz bir dövrəyə girib, artıq müsəlman Şərqi ilə yanaşı xristian dünyasını da silkələməyə başlayıb” – deyə, o bildirib.

Siyasi şərhçinin sözlərinə görə, İŞİD-in Suriyada sıxışdırılması, özünə paytaxt elan etdiyi Raqqa şəhərindən çıxarılması, İraqdakı mövqelərinin sarsıdılması, ardınca əl-Bağdadinin məhv olunması bu təşkilatı aktivləşdirdi:

“Amma demək olmaz ki, bundan sonra biz əvvəlki İŞİD-i görəcəyik. Onlar ağır məğlubiyyətlər alıblar, işğal etdikləri yerləri itiriblər, onlara qoşulmaq istəyənlər azalıb.

Xatırlayırsınızsa, 2011-2014-cü illərdə çox populyar idilər, dünyanın hər nöqtəsindən onlara qoşulanlar var idi. Hətta Avropadan gedib onlarla bir yerdə döyüşənlər olmuşdu. Elə Azərbaycandan da gedənlər var idi. Bu gün axın dayanıb. Sosial şəbəkələrdə baş kəsmək, işgəncə ilə öldürmək videoları da yoxdur. Sadəcə, ara-sıra terrora cəhd edirlər”.

R.Məmmədova Azərbaycanda güc strukturlarının, xüsusi xidmət orqanlarının peşəkar, ayıq-sayıq olduğunu düşünür: “Heç bir ölkə terrordan sığortalanmayıb. Amma Azərbaycan öz sərhədlərini qoruyur, xüsusi xidmət orqanları dəfələrlə keçirdikləri əməliyyatlarla İŞİD, ”Taliban” kimi qruplarda döyüşmüş, ölkəmizdə terror planlaşdırmış şəxsləri zərərsizləşdiriblər”.

Əvvəlki yazı

Vüsal Rzazadə ağdamlı seçicilərlə görüşüb – Foto

Sonrakı yazı

Polad Bülbüloğlu gedir? – sabiq nazir danışdı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.