07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayevadan Milli Şuraya güllə kimi sözlər

21 May 2020, 15:20
Gündəm
A A
Qənirə Paşayevadan Milli Şuraya güllə kimi sözlər

“Müstəqil Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin qətiyyətli addımları, qəbul edilən qərarlar xalqımızın sağlamlığının qorunması baxımından çox böyük önəm daşıdı.

Açığı, bunu görmək, qiymətləndirmək üçün xüsusi bir qabiliyyət, böyük təhlil savadı tələb olunmasa da, özünü Milli Şura adlandıran qurumun, ümumən “radikal müxalifət” yarlığı ilə tanınanların davranışı suallar doğurur”.

Reportyor.info xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər, habelə kadr, struktur islahatları, korrupsiyaya qarşı sərt cəza tədbirlərinin görülməsi müqabilində Milli Şuranın qeyri-adekvat münasibətini şərh edərkən deyib.

“Axı dövlətin qəbul etdiyi qərarlar nəticəsində siyasi mənsubiyyətindən, yaşından, cəmiyyətdə tutduğu mövqedən və s. asılı olmayaraq, hər kəs faydalanır, hər kəs qorunur.

Əgər Ümumdünya Səhiyyə Təşkilatı, digər beynəlxalq qurumlar, ciddi mütəxəssislər, hətta sadə insanlar, müalicə alaraq sağalanlar və başqaları görülən işləri müsbət qiymətləndirirsə, cənab Prezidentə hər gün onlarla minnətdarlıq məktubu göndərilirsə, necə olur, ayrıca bir “siyasi qrup” – mən məhz bu “status”u işlətməyi doğru sayıram – narazı qalır?

Narazı qalmağı da anlamaq olar – əlbəttə, iş varsa, qüsur da ola bilər, iş varsa, çatışmazlıqlar da üzə çıxa bilər və cənab Prezident hər kəsdən daha öncə bu çatışmazlıqlardan danışır.

Bir sıra məmurlar buna görə cəzalandırılır, həmin nöqsanların aradan qaldırılması istiqamətində ciddi göstərişlər verilir və bunlar hamısı xalqın gözü qarşısında baş verir; mövcud ictimai-siyasi, başqa sözlə, dövləti, xəlqi iradə danılmaz faktdır və necə deyərlər, faktdan başqa fakt yoxdur”, – deyə komitə sədri bildirib.

Q.Paşayeva bu faktologiyanı antikorrupsiya tədbirlərinə də şamil edərək deyib ki, istər mərkəzi icra hakimiyyəti orqanlarında, istərsə də icra hakimiyyətlərində həyata keçirilən həbslər, şəxsən cənab Prezidentin siyasi iradəsinin ifadəsi, dövlətin xalqın arzu və istəklərinin ifadəçisi olmasının təsdiqi kimi çıxış edir:

“Əlbəttə, korrupsiyanın, rüşvətin olmadığı ölkə tapmaq çətindir, bəlkə də qeyri-mümkündür. Əsas olan nədir? Dövlət belə hallara qarşı hansı tədbirləri görür; özü də hansı miqyasda və necə görür? Bizdə müəyyən struktur və köklü kadr islahatlarının aparılması, gənc kadrların irəli çəkilməsi, daha öncələrdən antikorrupsiya tədbirlərini həyata keçirmək üçün Baş Prokurorluq yanında korrupsiyaya qarşı xüsusi qurumun yaradılması və s. dediklərimizə sübutdur.

Bu gün ölkəmizdə general-leytenant Əli Nağıyev kimi peşəkar, milli və dövlətə sadiq bir kadrın Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik etməsi cənab Prezidentin korrupsiyaya qarşı mübarizə istiqamətində önəmli siyasətinin yüksək səviyyədə həyata keçirilməsində öz mühüm rolunu oynayır.

Eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində çalışmış, dövlətə sadiq peşəkar bir kadr olan II dərəcəli Dövlət Ədliyyə Müşaviri Kamran Əliyevin Baş Prokuror təyin olunması dövlətimizin başçısının antikorrupsiya siyasətinə nə qədər böyük önəm verdiyinin örnəklərindən biridir.

Əgər diqqət edirsinizsə, cənab Prezident çıxışlarının əksəriyyətində korrupsiyaya qarşı müharibə elan etdiyini açıqlayır, şəffaflığın daha da yüksəldilməsi istiqamətində islahatların aparılması ilə yanaşı, korrupsiya əməllərindən əl çəkməyən, fəaliyyətində şəffaflığa əsaslı şübhələr olan, islahatlara mane olan – kimliyindən asılı olmayaraq hər bir vəzifə sahibinin qanun qarşısında cavab verəcəyini birmənalı olaraq açıqlayır və bu istiqamətlərində ciddi işlərin getdiyini bütün xalq görür.

Azərbaycan Prezidentinin şəffaflığa, kübarlığa, xeyirxahlığa çağırışları, nankor məmurlar haqqında ürək ağrısı ilə danışması, onların bu həssas dönəmdəki yolverilməz hərəkətlərini xəyanət adlandırması… özü bir dəyərlər toplusdur və məhz buna görə xalqımız cənab Prezidenti dəstəkləyir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın öz adına, xarakterinə, daşıdığı ali vəzifəyə, şəxsi və milli ənənələrə uyğun xeyirxahlıqla etdiyi təsirli çağırışlar, göstərdiyi şəxsi nümunə, o cümlədən Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də unudulmamalıdır.

Habelə milli donor qurumlarının təşəkkülü, “ASAN xidmət”in, DOST mərkəzlərinin yaradılması, könüllülük hərəkatının inkişafı, siyasi təşkilatlarla görüşlərin, məsləhətləşmələrin keçirilməsi və digər bu kimi addımlar siyasi müxalifətin qarşısında konstruktiv fəaliyyət imkanlarını artırmaq kimi xüsusiləşdirilə bilər.

Cənab Prezident çox önəmli bir addım ataraq, siyasi islahatların, siyasi dialoqun genişləndirilməsi, yəni ölkəmizdə demokratik proseslərin daha da güclənməsi üçün Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaratdı. Yarandığı gündən şöbənin rəhbəri, hörmətli ziyalımız Ədalət Vəliyev bütün siyasi qurumlarla görüşlərə başladı və Prezidentin bu istiqamətdə addımları sağlam müxalifət tərəfindən çox müsbət qarşılandı.

Amma çox təəssüf ki özünü “Milli Şura” adlandıran radikal müxalifət ölkəmizin daha da inkişafı istiqamətində vacib olan bu addımları da dəyərləndirə bilmir. Bu, onu göstərir ki, onlar üçün xalqın maraqları deyil, özlərinin və dəstək aldıqları xarici güclərin maraqları ön plandadır”.

Komitə sədri Mili Şura üzvlərinin yayınlanmış görüntülərinə də münasibət bildirib.

“Yaxşı ki, onlar siyasi mühitimizin mənzərəsini deyil, yalnız marginallaşmış bir qrupun gerçəkliyindən xəbər verir. Onsuz da çoxsaylı üzvlərə malik olmayan “Milli Şura”dan istefalar başlayıb, qurumun rəhbərliyində təmsil olunan bəzi şəxslər oradan uzaqlaşır. Bəlkə kimlərdəsə bu qurumun gələcəyinə azacıq ümid var idisə, artıq onlar da acı gerçəkliyi qəbul etməyə məcburdur.

Açığı, mən “Milli Şura” leksionunda danışmaq və bəzi sözləri, ifadələri burada təkrar etmək istəmirəm, yalnız onu demək istərdim ki, milli-mənəvi dəyərlərimizə, mənəviyyatımıza uyğun gəlməyən mövqe, daha doğrusu, mövqesizliklə xalqın rəğbətini qazanmaq olmaz, belə oyunlarla beynəlxalq dəstəyə ümid bəsləmək də mənasızdır.

Öz milli-mənəvi dəyərlərinə diqqətli ola bilməyənlər, başqalarının dəyərlərinə necə dəstək ola, müdafiə edə, yaxud onu yaşada bilərlər? Deməli, ortalıqda başqa mətləblər var: hakimiyyət ehtirası, az-çox tərəfdarları qarşısında özünü doğrultmaq cəhdi və s.

Təsəvvür edin, “Milli Şura”nı tərk edən kinodramaturq Eldəniz Quliyev Cəmil Həsənliyə mətbuatda müraciət edərək, “…ayıb olsun!” deyir, orada qalmağın heç kimə başucalığı gətirmədiyindən, özbaşınalıqdan, “bıçağın sümüyə dirəndiyindən”, qurumda milli-mənəvi, mental dəyərlərin tapdandığından bəhs edir. Buyurun, bunu biz demirik, həmin şuranın yaradıcılarından olmuş Eldəniz Quliyev deyir. İndi belə bir qurum durub hansı haqla kimisə tənqid edə bilər?”, – deyə Q.Paşayeva bildirib.

Əvvəlki yazı

Yexlaxda polis xəsarət alıb, 21 nəfər saxlanıb – RƏSMİ

Sonrakı yazı

Bakıda otel işçiləri aksiya edir – Foto

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.