02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva:26 min boş iş yerlərinin bir hissəsi aliment ödəyə bilməyən atalara təklif edilsin

06 Avqust 2020, 18:08
Cəmiyyət
A A
Qənirə Paşayeva:26 min boş iş yerlərinin bir hissəsi aliment ödəyə bilməyən atalara təklif edilsin
Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə təklif etdi: 26 min ictimai əsaslarla olan boş iş yerlərinin bir hissəsi aliment ödəyə bilməyən atalara təklif edilsin ki, dağılmış ailələrdə böyüyən uşaqların üzləşdiyi maddi problemlərin bir hissəsi öz həllini tapsın.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə barədə qanun layihəsinin müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib. Q.Paşayeva eyni zamanda bir sıra vacib məsələlərə də toxunub: “Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar müəllim vurğulamışdı ki, 26 min ictimai əsaslarla iş yeri mövcuddur. Bir xahişlə, 1 təkliflə çıxış etmək istəyirəm. Qadın millət vəkilləri olaraq hər ay aliment ala bilməyən qadınlarla bağlı onlarla müraciət alırıq. Aylarla, hətta 1 il ərzində alimentini ala bilməyən analar var ki, onlar azyaşlı övladlarını böyütməkdə çox çətinliklərlə üzləşirlər və belə analarımızın sayı yüzlərlədir. Bu çox ciddi məsələdir. Həmin qadınlar 2 problemlə üzləşir. Alimentlə bağlı müraciət etdikləri zaman qarşı tərəf işləyə bilmədiyi üçün alimenti ödəyə bilməyəcəyini deyir. Qadınlarımız məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət edirlər. Bu hal uzun müddət davam etdiyi halda atanın həbs olunması mümkündür. Amma kənd rayonlarında qadınlarımız ictimai qınaq səbəbindən bu addımı ata bilmirlər. Bir çox insanlar da var ki, mənim işim yoxdur deyib aliment verməkdən imtina edirlər. Təklif edirəm ki, müvafiq qurumlarla nazirlik arasında əlaqə olsun və ictimai əsaslarla olan işlər bu qurumlar tərəfindən işsizlik səbəbindən aliment ödəyə bilməyən insanlara təklif olunsun. Ən azından onlar bu işdən qazandıqları məvaciblə alimentlərini ödəyə bilərlər. Bu yüzlərlə ananın, kiçikyaşlı uşaqların probleminin həlli deməkdir. 26 min ictimai əsaslarla olan boş iş yerlərinin sözügedən istiqamətdə istifadə olunması çox yaxşı olardı.” Millət vəkili Qənirə Paşayeva ünvanlı sosial yardımla bağlı da çıxış edib. Hər gün onlarla belə müraciət aldığını deyən millət vəkili problemin kökündə duran məsələdən danışıb: “Tələb olunan sənədlər arasında 1 sənəd çatmayanda vətəndaşa imtina cavabı gəlir. Vətəndaşa bildirilir ki, dünyasını dəyişən valideynin adında olan torpaq ailədən kiminsə adına keçirilməlidir və həmin şəxs özünə vöen hesabı açmalıdır. Yalnız o zaman ünvanlı sosial yardımdan yararlanmaq mümkündür. Bu proseslərin həlli 1 ailə üçün təxminən 150 manata başa gəlir. Rüsumlar bahadır və bəzən ünvanlı sosial yardım üçün müraciət edən ailə torpaqla bağlı sənədlərini düzəltmək üçün bu rüsumları ödəyə bilmir və ünvanlı sosial yardımdan da kənarda qalır. Bu da sonda həmin ailələrin narazılığına səbəb olur. Sözügedən problem aradan qaldırılmalıdır.Torpaq sənədləşmələri ilə bağlı insanların ödədiyi vəsaitin ciddi şəkildə azaldılması vacibdir. Bu güzəşt ən azı ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlara şamil olunmalıdır.” Millət vəkili Qənirə Paşayeva insanlar üçün vacib olan əlilliklə bağlı problemlərdən də danışıb. O bildirib ki, bu istiqamətdə həllini gözləyən problemlərin həlli, islahatların aparılması, kriteriyaların tam şəkildə müəyyənləşməsi kimi məsələlərin yaxın zamanlarda həllini tapması vacibdir. Problemin kökü nazirlikdə deyil deyən Q.Paşayeva əsas məsələ səhiyyə qurumlarının bu sənədləri tələb olunan şəkildə doldurmaması olduğunu bildirib və insanların bu istiqamətdə problemləri də qısa zamanda öz həllini tapması üçün bu kriteriyaların dəyişdirilməsi məsələsinin tezləşdirilməli olduğunu vurğulayıb. Arzu edənlər sözügedən çıxışı bu linkdən izləyə bilərlər:
Q.Paşayeva:26 min ictimai əsaslarla olan iş yerləri aliment ödəyə bilməyən atalara təklif edilsin.
youtube.com
Əvvəlki yazı

Sahil Babayev: İş yerlərinin sayı da 90 minə qədər artırılıb

Sonrakı yazı

Mikayıl Cabbarov prezidentə hesabat verdi

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.