21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva və “Aprel 2016” təşkilatı Novruz bayramını şəhid ailələri ilə qarşılayıb – FOTOLAR

19 Mart 2018, 15:07
Cəmiyyət
A A
Qənirə Paşayeva və “Aprel 2016” təşkilatı Novruz bayramını şəhid ailələri ilə qarşılayıb – FOTOLAR

Qədim İçərişəhərdə keçirilən bayram tədbirində millət vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri  Q.Paşayeva şəhid ailələrimizi bayram münasibətilə təbrik edib.

O, şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir və onlar bütün  məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır deyib və şəhidlərimizin və onların ailələrinin qəhrəmanlığından geniş danışıb. Hər bir qəhrəman şəhidimiz haqqında danışan millət vəkili Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib.

Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq deyib. Bu istiqamətdə fəal işlər görmək üçün  yeni yaradılmış “Aprel 2016 Şəhid ailələrinə dəstək “İB təşkilatının həmtəsisçisilərini təbrik edən və uğurlar diləyən millət vəkili Q.Paşayeva onların gənclərimiz arasında vətənpərvərlik ruhunun gücləndirilməsində, şəhid ailələrimizlə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını deyib.

Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib.

Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. “Aprel 2016 Şəhid ailələrinə dəstək “İB  həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, təşkilatın digər həmtəsisçisi, tanınmış jurnalist Aida Eyvazlı çıxış edərək cənab Prezidentin və 1-ci vitse-prezidenti Mehriban xanın Əliyevanın şəhid ailələrinə diqqət və qayğısını xüsusi vurğulayıblar və  yeni yaradılan təşkilatın da  şəhid ailələrini hər zaman diqqətdə saxlayacağını bildiriblər.

Tədbirdə   MÜSİAD təşkilatının rəsmiləri,  “AZMAN”şirkətinin və “Art Garden”-nin təmsilçiləri də çıxış edib, şəhid ailələrini təbrik edib və hər zaman yanınızdayıq deyiblər. Aprel şəhidlərimizin ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub, millət vəkili Q.Paşayeva  hər bir şəhid ailəsini ayrılıqda da dinləyib və tədbirin sonunda hər kəs birlikdə gələn Novruz bayramını birlikdə Xankəndində, Şuşada, Xocalıda qeyd edək deyiblər. Tədbir Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynovanın ifasında “Qarabağ şikəstəsi” ilə başa çatıb.

86

Əvvəlki yazı

Əli Həsənov seçki ilə bağlı KİV-ə müraciət etdi

Sonrakı yazı

Gənc jurnalist “Dünya Azərbaycanlılarının Lideri” aksiyasını reallaşdırdı – RUSİYADA+VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.