13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva: Ermənistan – “forpost” adı üstündə olan bir ölkədir

08 İyul 2020, 20:47
Cəmiyyət, Manşet
A A
Qənirə Paşayeva: Ermənistan – “forpost” adı üstündə olan bir ölkədir

Milli Məclisin Komitə sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva Azərbaycan Prezidentinin yerli TV-lərə verdiyi yeni müsahibədə işğalçı Ermənistanla bağlı toxunduğu mühüm məqamlardan yazdı.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında yerli TV kanallarına verdiyi geniş müsahibədə toxunduğu mühüm mövzulardan biri də, işğalçı Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini davam etdirmək cəhdlərinin hər platformada özünü göstərməsi və düşdüyü rəzil durumla bağlı idi. Dövlət başçısı həmişə olduğu kimi, çox prinsipial, qəti mövqeyini ifadə edərək, işğalçı dövlətin öz istəklərinə çata bilməyəcəyi, Azərbaycanın haqq işinin qalib gələcəyini bir daha məntiqin, tarixi zərurətin və dövlətimizin apardığı işin nəticəsi kimi qeyd etdi.
Cənab Prezidentin Ermənistanla bağlı fikirlərini doqquz başlıq altında qruplaşdırmaq olar:
-Pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri kimi Ermənistan BMT Baş Assambleyasının keçirilməsində maraqlı olmalıydı;
-Avropanın hüquq-mühafizə orqanları Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi dırnaqarası töhfəni araşdırmalıdırlar;
-Azərbaycanın məqsədyönlü fəaliyyəti nəticəsində Ermənistanın əsl faşist mahiyyətini ifşa edildi;
-Ermənistanın dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir;
-Ermənistanda xunta getdi, indi də diktatura hökm sürür;
-Beynəlxalq təşkilatlar Ermənistanda formalaşmış diktatura rejiminə heç bir reaksiya vermir;
-Artıq heç kimdə şübhə yoxdur ki, beynəlxalq təşkilatlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır, siyasi sifarişdir;
-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır;
-Azərbaycan ATƏT MQ həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir.
*
Artıq ictimaiyyətimiziə bəlli olduğu kimi, Azərbaycanın koronavirusla bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü 130-dan çox ölkə tərəfindən dəstəklənərək, dünya miqyasında yüksək qiymət alıb. Azərbaycanın bu təşəbbüsünün mahiyyəti nədir? – “COVİD-19”la mübarizədə vahid qlobal yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır durumda olan ölkələrə kömək göstərməsinə nail olmaq. Yəni, bu, elə bir mövzu, elə bir təşəbbüsdür, hər hansı bir ölkənin buna qarşı çıxması, məntiqin heç bir forma və şəkli ilə qənaətbəxş izah oluna bilməz. Çünki koronavirus yalnız bir ölkəni, bir irqi, bir milləti yaxud dini mənsubiyyəti eyni olanları yaxud başqa kateqoriya ilə fərqlənənləri təhdid etmir, bu ümumbəşəri problemdir, zərəri hər kəsə toxunur. Hətta, ayrıca götürülmüş bir ölkə və ya qrupa qarşı olsa belə, mədəni millətlər, zəkalı insanlar belə məqamlarda kəmfürsətlik etmir, tarix qarşısında məsuliyyət hiss edir. Gəl gör ki Ermənistanın demokrat libaslı, işğalçı zehniyyətli hökuməti, XXI yüzilin 20 ilində belə bir səbatsızlığa, rəzilliyə, anti-bəşəri addımı məqbul saydı. Bu bir daha göstərdi ki Azərbayacana, haqq-ədalət işinə münasibətdə öz sələflərindən zehniyyətcə qətiyyən fərqlənməyən Nikol Paşinyan, “demokrat libası” ilə də gülünc görünür. Demokratiya ilə işğalçılıq, demokratiya ilə anti-bəşəri davranış… bir araya sığırmı? – Belə bir “konfiqurasiya” hansı ciddi kitabda, ciddi alim tərəfindən yazılıb – tarixin hansı mərhələsi belə bir fakta şahidlik edib? Üstəlik, sən özün pandemiyadan əziyyət çəkəsən, ən kiçik yardımlara bel bağlayasan… amma təşəbbüs Azərbaycanan gəlib deyə, buna qarşı çıxasan..! – Azərbaycan Prezidenti bu “düyün nöqtəsi”ni çox dəqiq ifadələrlə açdı:
– BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünüzün əleyhinə səs verən Ermənistanın mövqeyi bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur.Ermənistan rəhbərliyi etiraf edir ki, bu pandemiya ilə bacarmırlar. Özləri döymədikləri qapı qalmayıb ki, onlara yardım etsinlər. Yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışırlar. Belə olan halda onlar özləri maraqlı olmalıdır ki, BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutsun.
Ermənistanın mövqeyi onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir.
Ancaq “hər ziyanda bir xeyir var”, deyib, atalarımız – hərçənd Ermənistanın bir səsini almamaq ziyan da sayılmaz, zatən 97 səs tələbinə müqabil 130 səsimiz vardı; beləliklə, dünya birliyi, tərəqqipərvər bəşəriyyət bir daha öz diqqətini təşəbbüs müəllifi olan Azərbaycana və konstruktiv təşəbbüsün əleyhinə olan yeganə ölkə – cırtdan Ermənistana..! İstər-istəməz, münasibətsizliyin kökünüə diqqət yetiriləcək və bilməyənlər də biləcək ki, məhz işğalçılıq faktı var və işğalçı ölkə, qarayaxma kampaniyalarının suya düşməsindən, anti-Azərbaycan təbliğatının sıfırlanmasından əndişəyə düşərək, belə addım atıb…
Əlbəttə, biz bilirik ki erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir. – Cənab Prezident bu haqsız müdafiəyə vurğu edərək, Avropa Şurası Parlament Assambleyasının işğalçı dövləti tənqiddən tamamilə kənar tutduğunu və bəzi siyasi xadimlərin, deputatların, bəzi Avropa ölkələrinin hökumət üzvlərinin Ermənistana xüsusi münasibət bəsləməsini, əslində, Avropa hüquq-mühafizə orqanlarının Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi “töhfə”ni araşdırmalı olduğunu dedi: “Ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlardan, öz maliyyə imkanlarından istifadə edib Ermənistanı bütün tənqidlərdən qoruyurdular.
…Ermənistanın lobbiçilik fəaliyyəti, əslində, korrupsiya fəaliyyətidir. Bu fəaliyyət Avropada geniş araşdırılmalıdır”.
*
Ermənistan – “forpost” adı üstündə olan bir ölkədir; bu “forpost”luqdan məkrli şəkildə yararlanaraq, işğalçılıq edib; son illərsə, məkr üstə məkr, hiylə üstə hiylə əlavə edərək, guya demokrat Baş nazirin başçılıq etdiyi hökumətə sahib ölkə kimi qələmə verilir. Ancaq hər şeyin bir hədd-hüqudu vardır, dünyanı aldatmağın da, özünü inanmış, aldanmış kimi göstərməyin də, erməni məkrindən, hiyləsindən yararlanmağın da… – bütün maraqlı tərəflər üçün, bütün oyunların bir “limit”i, sonluğu var, əlbəttə. – bu, kainatın ruhu, tarixi hadisələrin məntiqi və heç şübhəsiz, müstəqil Azərbaycan dövlətinin məqsədyönlü, ədalətli mövqeyi ilə şərtlənir.
“Ermənistan hər bir güc mərkəzinə o güc mərkəzinin eşitmək istədiyi yalanları deyir, bir neçə stulda oturmaq istəyir” – Bu, cənab Prezidentin təsbitidir. Cənab Prezident özünün tutarlı, dərin məntiqli təsbitini bu yəqinliklə, müəyyənliklə tamamlayır: “Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir”.
*
Və nəhayət, Azərbaycanın dövlət başçısının sözlərindən çıxan nəticəni ümumiləşdirsək və lakonik şəkildə ifadə etsək, bu, Ermənistanın iç üzünü faktların dili, təkzibolunmaz dəlillərlə açmaq və bunun üzərindən beynəlxalq ictimaiyyətə, konkret olaraq, əlaqədar qurum və quruluşlara ünvanlanan prinsipial ismarınclardır:
“Azərbaycan dözümlülük göstərir və konstruktiv olmağa çalışır. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir.
…Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil”.
Bu ismarıcdan hər kəs özü üçün nəticə çıxarmalıdır…

Əvvəlki yazı

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayonların sayı ARTIRILDI

Sonrakı yazı

“Mənim babam yoxdur”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.