“Rusiyada koronavirusa yoluxmanın pik həddi hələ qarşıdadır”.
Reportyor.info-nun verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Rusiyada koronavirusla bağlı mübarizənin birinci mərhələsinin tapşırıqlarının yerinə yetirilməsinə nail olunub, lakin xəstəliyə yoluxmanın pik həddi hələ qarşıdadır: “Biz bu virusun yayılmasını səngitmişik. Lakin bu, bizi sakitləşdirməməlidir. Mütəxəssislərin dediyi kimi pik həddə yoluxma hələ qarşıdadır”.