Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bloger Aleksey Navalnın zəhərlənməsi ilə bağlı öz versiyasını səsləndirib.
Fransa mediasının yazdığına görə, Putin Navalnı “Noviçok” qrupundan olan zəhəri özünün qəsdən qəbul etdiyini bildirib.
Putin Navalnını narahatlıq yaradan insan kimi xarakterizə edib. Onun sözlərinə görə, blogerin yaratdığı korrupsiya ilə mübarizə fondu məmurları şantaj etməklə məşğuldur.