Prokuror Pirallahıda qətl törədən şəxsə 18 il cəza istəyib

27 İyun 2018 - 15:08
157 oxunma

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Zahid Məmiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror məhkəmədə Z.Məmiyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.

Məhkəmənin növbəti iclası iyulun 29-na təyin olunub.

Qeyd edək ki, 2017-ci il iyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Z.Məmiyev Cinayət Məcəlləsinin 120.2-ci (xüsusi amansızlıqla qətlə yetirmə) maddəsi ilə ittiham edilir.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"