“Pritonlar kraliçası”nın inanılmaz sərvəti – 220 taksi, 486 ədəd daşınmaz əmlak, səhmlər…

12 Avqust 2018 - 10:47
195 oxunma

Türkiyənin pritonlar kraliçası, sabiq vergi rekordçusu Matild Manukyanın 2001-ci ildə ölümündən sonra oğlu Kerope Çilingirə qalan nəhəng mirasa ortaq olduğunu iddia edən 16 şəxs varisliklə bağlı məhkəməyə müraciət edib.

Sfera.az xəbər verir ki, müdafiə etdiyi 16 şəxsin vəkili Kerope Çilingirin Matild Manukyanın oğlu olmadığını iddia edib:

“Sənədlərdə Manukyanın oğlu olduğunu iddia edən Kerope Çilingir adı ilə bağlı heç bir qeyd yoxdur. Kerope Çilingir Manukyanın oğlu və varisi deyil”.

Varisin sadəcə özləri olduğunu iddia edən 16 nəfər, pritonlar başda olmaqla 220 taksi, 486 ədəd daşınmaz əmlak, səhmlər, valyuta və bank hesablarının bərabər formada paylaşılmasını tələb ediblər.

İstanbul məhkəməsində açılan məhkəmə işində Matild Manukyanın atasının Armenak Çah Muradyan, bibisinin də Suzan Çah Muradyan olduğu, 16 nəfərin isə Manukyanın bibisi qızı Gülnaz Bağçivanın nəvələri olduğu bildirilir.

Vəkil Manukyanın vəfatından sonra Kerope Çilingirin saxta sənədlər düzəldərək və maxinasiyalarla müdafiə etdiyi şəxsləri mirassız qoyduğunu iddia edir. Manukyanın ən azı 486 daşınmaz əmlakı mövcuddur. Türkiyə və xarici banklarda qoyulan pul mirasının ümumi məbləğini isə kimsə bilmir.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - [email protected]



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - [email protected]

Giriş | Hazırladı "Qurdqanlı Design"