19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezidentliyə namizəd Zahid Orucdan hadisə kimi açıqlamalar

03 Aprel 2018, 09:34
Seçmə
A A
Prezidentliyə namizəd Zahid Orucdan hadisə kimi açıqlamalar

“Əgər seçki oktyabrda keçirilsəydi, çaxnaşma baş verə bilərdi…”

Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkisinə 8 gün qalır. Bu ilin oktyabrında keçirilməli olan seçkilərin vaxtının 6 ay əvvələ çəkilməsi ilə bağlı müzakirələr isə səngimək bilmir.

Seçkinin vaxtının tezləşdirilməsi ilə bağlı mövqelər müxtəlifdir. Belə iddialar var ki, seçkilər oktyabrda keçirilsəydi, həmin vaxta qədər Azərbaycana xaricdən, xüsusilə Rusiyadan gələn təzyiqlər daha da artacaqdı. Bunun rüşeymlərini görən iqtidar seçkiləri tezləşdirib. İddialardan biri də  odur ki, Azərbaycan hökuməti söyüşcül müxalifətçilərin, eləcə də xaricdə yaşayan bəzi sabiq məmurların müxtəlif dairələrin xüsusi tapşırığı ilə hərəkətə keçəcəyindən əvvəlcədən xəbərdar olub, bunun üçün də seçkiləri önə çəkmək qərarı verib. Seçkilərin vaxtı açıqlanan  kimi Avropadakı “söyüş müxalifəti”nin fəallaşmasının təsadüf olmadığı vurğulanır. Rusiyada yaşayan baş nazirin sabiq birinci müavini Abbas Abbasov, qismən də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu proseslərdə iştirakı ilə bağlı iddialar da gündəmin mövzularındandır…

Prezidentliyə namizəd, deputat Zahid Oruc “Yeni Müsavat” a açıqlamasında bununla bağlı maraqlı bilgilər verib:“Əvvəla, onu qeyd edim ki, ötən həftə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən ”İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbirdə prezidentin köməkçisi Əli Həsənov bununla bağlı bir sıra fikirlər səsləndirdi. Əli müəllim dövlət idarəçiliyində peşəkarlığı ilə fərqlənən bir şəxsiyyətdir. Biz çox yaxşı bilirik ki, o, dolğun məlumatlar əsasında hərəkət edərkən çox dəqiq prinsipləri müəyyənləşdirən və ona əməl edən bir insandır. Xarakter etibarı ilə hörmətli Əli müəllimin belə obrazda tanınması deyəcəyimiz fikirlərə daha dolğun məzmun verir. Seçkilərin 6 ay öncəyə çəkilməsində ölkədaxili hər hansı bir fövqəladə vəziyyətin olmadığını dəfələrlə vurğulamışıq. 90-cı illərin praktikasında müharibə şəraiti, parçalanmış ölkə durumu, vətəndaş qarşıdurması, bir-birini əvəzləyən məğlubiyyətlər seriyası, bölgələrin itirilməsi kontekstində Xocalı soyqırımının üzərindən keçən növbədənkənarlılıqlar görmüşük. Bunlar qətiyyən yaxşı hal sayılmırdı. 1993-cü ildən etibarən biz sabitləşmə mərhələsinə qədəm qoyduq. İndiki şəraitdə ölkə xaricində cərəyan edən proseslər Azərbaycanı ölkələrarası gərginlikləri izləməyə vadar edir. Bu, hər bir dövlətin varlıq halıdır. Biz dünya ilə münasibətlər kontekstində mövcuduq. Nə qədər inteqrasiya olunmuşuqsa, o səviyyədə də təsirlər qarşısında qalacağıq”.

Zahid Oruc ile ilgili görsel sonucu

“Aprelin birində prezidentliyə namizədlərin debatında çıxışımı bu kontekstdə başladım ki, son yüz ildə tərkibinə daxil olduğumuz iki imperiyanın dağılması fonunda 40%-ə yaxın ərazimizi itirdik. Özü də bir-birinə zidd iki hakimiyyətin dönəmində bunları yaşadıq. XXI əsrdə üçüncü risk qarşısındayıq” – deyə, o qeyd etdi: “Rusiya-Britaniya münasibətlərinə baxın. Amerika-Rusiya münasibətləri SSRİ dağılandan sonrakı dövrü incələdikdə, hazırda ən gərgin illərini yaşayır. İran-ABŞ münasibətləri də pisləşməkdədir. Hələ NATO müttəfiqləri kimi Türkiyə-Amerika və digər gərgin münasibətlərdən söz açmıram. Belə olan təqdirdə həmin gərginliklər böhran vəziyyətinə çatanda biz səngərin harasında olacağıq? Çoxları deyə bilər ki, bu bizim əhəmiyyətimizi artırır, Rusiya sanksiyalar altında qaldıqda, diplomatları qovulduqda, Qərbdə əhəmiyyətimiz olduqca artır. Mən bunların əksini düşünürəm. Belə olan halda Rusiya və Ermənistanda seçkilərin başa çatması fonunda Azərbaycan hədəf olaraq, beynəlxalq gərginliyin bu bölgəyə keçməsi üçün zəminə çevrilə bilər. Bu isə arzuolunmaz ola bilərdi. Çünki Ukraynanın taleyində iki qütbün toqquşmasının nə qədər acınacaqlı olduğunu gördük. Doğrudur, Pyotr Poroşenko tərəfindən Qərbin simaları vuruşurlar, amma faciə ortadadır. Azərbaycan seçkiləri üzərində bu cür çaxnaşmalar ola bilərdi. Biz bunu real olaraq görməkdə idik. Hesab edirəm ki, İlham Əliyevin seçkilərin vaxtının önə çəkilməsi ilə bağlı qərarı dediyimiz məqamları özündə ehtiva edirdi. Bu qərarın düzgün olduğu göz önündədir. Biz seçki kampaniyasında iştirak edərək, namizəd kimi prosesə qoşularaq məramımızı ifadə etdik. Hər keçən gün bu qərarın doğruluğunu təsdiqləyir.Aprelin 11-dən sonra buna çoxları, hətta müqavimət göstərənlər də əmin olacaqlar. Ola bilər ki, çoxları Azərbaycanın bu təhlükələrin mərkəzinə düşməsini arzulayır, onlara yol açılması üçün ən uyğun vəziyyətin bu şəkildə yaranacağını düşünürdü. Çünki həmin qüvvələr o qədər amansızdır ki, müharibənin başlanmasını, Azərbaycanın məğlub olmasını istəyirlər, bu yolla bolşeviklər kimi hakimiyyətə gələ biləcəklərini düşünürlər. Əminəm ki, xalqdan soruşsanız, deyəcəklər ki, bizim üçün əhəmiyyətli olan seçkilərin nə vaxt keçirilməsi deyil, qarşımızda duran problemlərin həllidir. Bu problemləri isə 11 apreldə qalib gələn şəxs həll edəcək. Bütün bunlar ona imkan verəcək ki, Azərbaycan yeni hökumət formalaşdırmaqla ətrafımızda cərəyan edən proseslərə çevik, adekvat cavab versin. Heç olmasa bu dönəmdə itirməyək. Çünki Ermənistan üst-üstə bu şəraitlərdən istifadə edib yararlanıb, biz isə itirmişik. Daxilə başımızı qatıb, xarici məkanda itkilərə məruz qala bilmərik. Ona görə də seçkilərin zamanı siyasi, strateji, təhlükəsizlik əhəmiyyətinə malikdir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Əvvəlki yazı

“Sabit sülh ətrafında müzakirələr” adlı tədbir keçirilib

Sonrakı yazı

Hakimiyyət hansı halda istefaya çağırıla bilər…

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.