16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezidentin köməkçisi: “Bizi bundan sonra daha da yaxşı günlər gözləyir”

07 May 2018, 12:25
Cəmiyyət
A A
Prezidentin köməkçisi: “Bizi bundan sonra daha da yaxşı günlər gözləyir”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.

“Report”un xəbərinə görə, şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, Azərbaycan xalqının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti hər bir soydaş üçün əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsidir.

A.Quliyev qeyd edib ki, Heydər Əliyevin müstəqil dövlət quruculuğu sahəsində gördüyü işləri təhlil edib geniş kütlələrə çatdırmaq və nəsillərin xatirində daim yaşatmaq dövlət əhəmiyyətli strateji məsələdir: “Heydər Əliyev mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bilən nadir və xoşbəxt tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev Azərbaycanın yeni Konstitusiyasını yaratmaqla sivil, demokratik, çoxpartiyalı dövlət sisteminin formalaşdırılmasına və ölkədə vətəndaş cəmiyyətinin inkişafına misilsiz töhfələr verdi və Azərbaycanın nüfuzlu beynəlxalq qurumlar və dünyanın aparcı ölkələri ilə əməkdaşlıq imkanlarını genişləndirdi.

Ümummilli liderimiz Heydər Əliyev başladığı böyük dövlət quruculuğunu İlham Əliyev kimi bacarıqlı, müdrik və Azərbaycanın müstəqil dövlətçilik ideallarına sadiq bir şəxsiyyətə etibar etməklə ərazi bütövlüyümüz uğrunda mübarizənin, inkişafın, çiçəklənmənin və firavanlığın davamına tam zəmanət verdi”.

Konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək Heydər Əliyevin ölkənin müstəqilliyi uğrunda rolundan danışıb: “Heydər Əliyev xatirəsi hər bir sağlam ruhlu azərbaycanlının qəlbindədir. 1993-cü ildə Heydər Əliyevin xilaskarlıq missiyası başlanıb. Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. Ona görə də xalq bu xidməti yüksək qiymətləndirir.

O dövrdə vətəndaş müharibəsi başlamışdı, bunun başında avantürist insanlar dayanırdı. O, 1993-cü azərbaycanlıların birləşdirilməsinə nail olmasaydı, dövlətin gələcəyindən danışmaq olmazdı. Ümummilli lider ölkədə milli birliyə əsaslanan sabitliyi təmin etdi. O, hələ Naxçıvanda olarkən ziyalılara çağırış edirdi. Ulu öndər qeyd edirdi ki, xalq birləşməlidir. O dövrdə ermənilər torpaqları işğal etməyə başlamışdı, xalq “olum və ölüm” arasındaydı. Heydər Əliyevin Azərbaycan üçün xidmətləri böyükdür, o, xalq birliyə nail olub, ölkənin inkişafına töhfələr verib”.

Prezidentin köməkçisi xatırladıb ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələrkən Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını əsas götürüb: “1995-ci ildə Konstitusiya Aktı qəbul edildi. Çoxpartiyalı sistemlə parlament seçkiləri keçirildi. O, ölkənin idarə olunmasında başqa model də seçə bilərdi, amma dövlətin demokratik inkişafını seçdi. Onun zamanında bütün sahələrdə inkişaf başladı, ölkədə bazar iqtisadiyyatının Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev həmişə deyərdi ki, iqtisadiyyatın təməli sağlam qoyulmalıdır, hər bir vətəndaş özünü orada görməlidir. Heydər Əliyevin siyasi kursunu müvəffəqiyyətlə Prezident İlham Əliyev davam etdirir. Hazırda Azərbaycan regionun aparıcı dövlətidir. Ölkədə rəqabətə davamlılıq, inklüziv inkişafla bağlı indekslərdə aparıcı yer tutur. Bizi bundan sonra daha da yaxşı günlər gözləyir”. Sonra Heydər Əliyevə həsr olunmuş qısametrajlı sənədli filmin və mahnının təqdimatı olub.

Əvvəlki yazı

Sayt adları böyük, yoxsa kiçik hərflə yazılmalıdır?

Sonrakı yazı

“Yaxşı etmişəm boşanmışam, 2018-də yenidən ailə quracam” – Məşhur teleaparıcı – VİDEO

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.