24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezidentin boykot etdiyi sülh danışıqları –Moskvada keçirilən “əfqan sammiti” mühüm bəyanatla yekunlaşdı

07 Fevral 2019, 11:54
Manşet
A A
Prezidentin boykot etdiyi sülh danışıqları –Moskvada keçirilən “əfqan sammiti” mühüm bəyanatla yekunlaşdı

Taliban və keçmiş prezident Həmid Karzayinin başçılıq etdiyi əfqan nümayəndə heyəti Moskvada danışıqların ikinci – sonuncu gününü başa vurublar. Bu danışıqlarda Taliban nümayəndələri sülh prosesinin başlanğıcı üçün şərt olaraq bütün xarici qoşunların Əfqanıstandan çıxarılmasını tələb ediblər.

Fevralın 5-6-da Moskvada keçirilən və bəzi şərhçilərin “əfqandaxili proses” adlandırdığı danışıqlardan sonra Karzayi rəsmi Kabul hökumətinin iştirak etməməsinə baxmayaraq müzakirələrin “çox qənaətbəxş” olduğunu bəyan edib.

Moskva danışıqlarından əvvəl Qətərin paytaxtı Dohada Əfqanıstan nümayəndələri arasında daha geniş müzakirələr keçirilib. Taliban bu danışıqlarda Əfqanıstan hökumətinin təmsilçiləri ilə birbaşa müzakirələrdən imtina edir.

Prezident Donald Tramp fevralın 6-da özünün “Ölkənin vəziyyəti” adlı məruzəsində bu danışıqların “konstruktiv” olduğunu demişdi. Tramp habelə “Amerikanın ən uzun müharibəsinin” tezliklə başa çatacağına ümid etdiyini bildirmişdi.

Karzayi bidlirib ki, Moskvada keçirilən danışıqların əsas mövzusu xarici qoşunlardan azad Əfqanıstan idi. Moskva danışıqlarında 10 nəfərdən ibarət Taliban nümayəndə heyətinə başçılıq edən Şer Məhəmməd Abbas Stanikzayiikigünlük müzakirələri “çox uğurlu” adlandırıb:

“Biz bir çox məqamlarda razılığa gəldik və mən ümid edirəm ki, gələcəkdə bu uğuru artıra, nəhayət həllə nail ola, Əfqanıstanda sülhü tam bərqərar edə bilərik”.

O əlavə edib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının vaxtı hələ müəyyən edilməyib, lakin bu məsələnin müzakirəsi aparılır: “Biz israr edirik ki, ABŞ qoşunları mümkün qədər tez çıxarılmalıdır və biz bu barədə ABŞ-la danışıqlar aparırıq”.

Fevralın 6-da Taliban nümayəndə heyətinin üzvü Əbdül Salam Hanefi deyib ki, bu yaxınlarda Dohada aparılan danışıqlarda ABŞ öz qoşunlarını Əfqanıstandan aprelin sonunadək çıxarmağa razılaşıb. Lakin daha sonra Hanefi bu qeydlərini tamamilə inkar edib və bildirib ki, qoşunların çıxarılmasına dair heç bir razılaşma yoxdur.

Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü də bildirib ki, Vaşinqton qoşunların çıxarılması vaxtı barədə heç bir razılaşma əldə etməyib. O deyib ki, hazırda “bütün tərəflər Əfqanıstanın terrorçuluq üçün platformaya çevrilməsinin qarşısını almağa çalışmalıdır və ABŞ buradakı qüvvələrinin mövcudiyyəti məsələsinə şərait buna imkan verəndə baxacaq”.

ABŞ-ın Əfqanıstan sülh məsələləri üzrə xüsusi səfiri Zalmay Xəlilzad da bildirib ki, hələlik heç bir konkret razılaşma yoxdur.

Əfqanıstan prezidenti Əşrəf Qani Moskvada keçirilən danışıqları tənqid edib. O fevralın 5-də ABŞ dövlət katibi Mayk Pompeo ilə söhbətində deyib ki, istənilən sülh prosesində mərkəzi rolu Kabul hökumətinin oynaması ən mühüm məsələdir. O Əfqanıstanın TOLO xəbər agentliyinə deyib:

“Moskva danışıqları fantaziyadan başqa bir şey deyil. Heç kim Əfqanıstan xalqının razılığı olmadan qərar qəbul edə bilməz. Moskvada toplaşanların heç birinin rəsmi səlahiyyəti yoxdur. Onlar istədiklərini deyə bilərlər”. (azadliq.org)

Əvvəlki yazı

SABİQ NAZİRİN BİR HOTEL-KAZİNOSU DA MİNSKDƏ TAPILDI – Fotolar

Sonrakı yazı

Azərbaycanda ərzaq yenidən kəskin bahalaşır –Deputat və ekspert buna heç bir obyektiv əsas olmadığını deyirlər

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.