Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi

26 İyun 2019 - 17:43
155 oxunma

Prezident İlham Əliyev Əməkdar artist Vəfa Zeynalovaya mənzil hədiyyə edib.

Bu barədə aktrisanın özü facebook-da məlumat yayıb.

O, ölkə başçısına təşəkkür ünvanlayıb:

“Möhtərəm cənab Prezident, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il kecir. Bu bayram münasibəti ilə Siz başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, Sizə dərin minnətdarlğımı bildirirəm. İncəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdıgınıza görə, sənətə və sənətkarlara sahib cıxmağınıza görə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah dövlətimizi, xalqımızı və sizi qorusun”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"