Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.
Reportyor.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.