Prezident Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib – FOTOLAR

21 May 2019 - 14:47
85 oxunma

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

Azərtac xəbər verir ki, dövlət başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib. Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Daha sonra Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlət başçısına Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verib.

Sonra Prezident İlham Əliyev sərnişin qatarı ilə Bakıxanov və Keşlə vağzallarına gəlib, burada yaradılan şəraitlə tanış olub.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"