“Azərbaycan dövləti Qarabağ müharibəsi ilə yanaşı koronavirus müharibəsi şəraitində yaşayır”.
Reportyor.info-nun məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hacıyev deyib ki, hər kəs koronavirus müharibəsində qələbəyə öz töhfəsini verməlidir: “5 iyula qədər Azərbaycanda xüsusi karantin rejimi uzadılıb. Daha 2 həftə xüsusi karantin rejiminin uzadılması barədə rəy var”.