• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Çərşənbə, 27 Yanvar 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Cəmiyyət

“Prezident istər xarici, istər daxili düşmənlərimizə mesajını verdi”

2020-07-09
in Cəmiyyət
0
“Prezident istər xarici, istər daxili düşmənlərimizə mesajını verdi”
0
Paylaşılıb
36
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

“Prezident İlham Əliyevin iyulun 6-da yerli televiziyalara verdiyi müsahibə xarici düşmənlərimizə daha bir mesaj oldu, Azərbaycan ictimaiyyətində isə bir azərbaycanlı olaraq hər kəsdə inam yaratdı. Bu gün yalnız hakim partiyanın nümayəndələri deyil, siyasi müxalifət də Prezidentin pandemiya dönəmində atdığı bütün addımları müsbət qarşılayır, dəyərləndirir, həmrəylik göstərir”.

 

Bunu Versus.Az-a Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsinə münasibət bildirərkən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib.

Bənzər Yazılar

Prezidentin İşlər İdarəsinə hansı əmlaklar və təşkilatlar tabedir? (SİYAHI)

Partiyaların qeydiyyatının ləğvi xəbəri ironikdir… – Partiya sədri

Mətanət ATV-dən ayrıldı, bu kanala keçdi

 

Könül İsmayılova diqqəti ölkə başçısının koronavirusla mübarizə yönündə apardığı işlərə yönəldib. Bildirib ki, Covid-19-un artmasını nəzərə alaraq dövlət lazımi tədbirləri davam etdirir.

 

MMP sədr müavini Prezidentin çıxışlarındakı nüansları önə çəkib:

 

“Cənab Prezident böyük məsuliyyətlə görülən işlər barədə şəxsən özü çıxışlarında xalqa məlumat verir. Görülən işlərin məhz onun dilindən səslənməsi daha inamlı və əmin görünür. Məlumatda bildirilir ki, 800 çarpayılıq xəstəxana istifadəyə verilib, 1-1,5 ay ərzində 1300 çarpayılıq yeni modul tipli xəstəxana istifadəyə veriləcək. Modul tipli beş xəstəxana artıq fəaliyyətdədir. Daha beş modul tipli xəstəxana inşa olunacaq. Yəni, cənab Prezidentin də dediyi kimi, koronavirusla bağlı ən pessimist ssenariyə belə hazır olmalıyıq”.

 

Hazırda ölkənin 45 xəstəxanasında koronavirus xəstələrinin müalicə aldıqlarını vurğulayan Könül xanım qeyd edib ki, bu xəstəxanaların 36-sı prezidentin Sərəncamı ilə son dövrlərdə tikilib:

 

“Cənab Prezident də fərqindədir ki, xəstəliyə yoluxmanın tempi yüksəkdir. Prezident özü bəyan edir ki, vəziyyət nəzarət altındadır. Əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heç bir ölkə koronavirusa yoluxmaqdan sığortalanmış deyil. Prezident başda olmaqla iqtidarlı-müxalifətli hər kəs xalqa çağırışlar edir ki, pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır. O cümlədən hüquq mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq. Cənab Prezidentin dediyi və bu gün artıq şüara çevrilmiş “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” sözləri az qala hər bir evdə səslənir və səslənməlidir.

Cənab Prezident çıxışında vurğuladı ki, ÜST ilə əməkdaşlıq davam edir, ÜST direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib. Əməkdaşlığımız, məsləhətləşmələrimiz bundan sonra da davam edəcək. O da qeyd edilib ki, iqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Amma buna baxmayaraq, heç bir sosial layihə təxirə salınmadı, ixtisar edilmədi. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir.

Prezidentin “bu dövrdə ön planda olan insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır” söləri xalqımızın Ona inamını bir daha artırdı”.

 

MMP sədr müavini qeyd edib ki, ölkə başçısının bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcəyi və 7 mindən çox köçkün ailəsinin yeni mənzillə təmin olunacağı, Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcəyi barədə söylədikləri bir daha onu göstərir ki, Prezident hətta dünyanı bürüyən koronavirus pandemiyası dövründə də vətəndaşlarının sosial güzəranının daha da yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayır:

 

“Cənab Prezident o cümlədən qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsinin nəzərdə tutulduğunu, 85 min ailə, yəni, 300 mindən çox insanın ünvanlı sosial yardım alacağını bəyan edib. Ölkə başçısı onu da vurğulayıb ki, – “neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq, çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”. Mənimçün maraqlıdır, radikal qüvvələrin Milli Şurasının neftin ucuzlaşmasına sevinən ünsürləri ölkə başçısının bu çıxışlarını dinləyərkən özlüklərində xəcalət çəkdilərmi? Prezidentin də dediyi kimi, neftimizin ucuzlaşmasına bir ermənilər sevinir, bir də özlərini müxalifət adlandıran bu milli şuranın üzvləri. Bu qüvvələr nəqədər kor olmalıdırlar ki, Azərbaycanın bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərdiyini görməsinlər. Prezident müsahibəsində deyir ki, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərməyimiz haqda heç məlumat da vermirdik. O, deyir: “Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik”. Ölkə başçısının müsahibəsindəki daha bir məqam BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə bağlıdır. Cənab Prezident deyir: “BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı. Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır”. Prezidentin bu fikirləri söyləyərkən necə inamlı, əmin olduğunu görməmək mümkün deyildi”.

 

K.İsmayılova prezidentin müsahibəsindəki digər fikirlərə də diqqət çəkib:

 

“Cənab Prezident haqlı olaraq vurğulayıb ki, Ermənistan BMT-dən üstün deyil. Prezident deyir: “Dövlətlərin özünümüdafiə hüququ var. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Ermənistanın daxilində demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alır. Avropa təşkilatları isə bütün bunlara göz yumur. Bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir”. Cənab Prezidentin dediyi ki, Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Həqiqətən də, Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Prezident bunları faktlara söykənərək bəyan etdi. Prezidentin müsahibədəki – “Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir. İndiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurların rəhbərlik etdiklərini qeyd edir. Onlar özləri öz cinayətkarlarını, rüşvətxorlarını ifşa ediblər” – fikirləri işğalçı Ermənistanın iç üzünü, məkrli niyyətini bir daha üzə çıxarmış olur. Prezident daha sonar deyib: “1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxardı. Ermənistan terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var. Ermənistan BMT-dən üstün deyil əlbəttə. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın torpaq bütövlüyünü tanıyan qərarlar alması beynəlxalq aləmdə mövqeyimizi daha da gücləndirir”.

Əgər Azərbaycan ictimaiyyəti, Azərbaycan müxalifəti Prezidentin sonuncu müsahibəsini diqqətlə dinləyiblərsə, heç şübhəsiz ki, ölkə başçısının çıxışını müsbət dəyərləndiriblər. Çünki müxalifət gördü ki, prezident özü də münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən savayı heç bir diplomatik səy göstərilmədiyini qeyd edib. O, deyib ki, “ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə Azərbaycan buna layiqincə cavab verdi. Paşinyanın bu ifadəsi Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupu buna adekvat cavab vermədi”. Şəxsən mən Müasir Müsavat Partiyasının nümayəndəsi olaraq cənab Prezidentin müsahibəsindəki bütün fikirləri alqışlayıram. Bizim sədərimiz Hafiz Hacıyev partiyamızın rayon təşkilatları ilə onlayın görüşlərdə də bildirir ki, Prezidentin yanında olmaq, onun siyasi kursuna partiya olaraq dəstəyimizi verməliyik. Hesab edirəm ki, Hafiz müəllim düz mövqedədir və mən də bu mövqeyi dəstəkləyirəm”.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Mehriban Əliyeva tapşırdı, Böyük Şorda çirkab örtüyün təmizlənməsinə başlanıldı

Sonrakı yazı

Baş Nazirdən sürücülüklə bağlı yeni qərar

Sonrakı yazı
Baş Nazirdən sürücülüklə bağlı yeni qərar

Baş Nazirdən sürücülüklə bağlı yeni qərar

İlkin Rüstəmzadənin yalanları üzə çıxdı: Həyat yoldaşı onu belə ifşa etdi-Video

İlkin Rüstəmzadənin yalanları üzə çıxdı: Həyat yoldaşı onu belə ifşa etdi-Video

Xalq artisti Canəli Əkbərova ağır itki üz verdi

Xalq artisti Canəli Əkbərova ağır itki üz verdi

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Prezidentin İşlər İdarəsinə hansı əmlaklar və təşkilatlar tabedir? (SİYAHI)

Prezidentin İşlər İdarəsinə hansı əmlaklar və təşkilatlar tabedir? (SİYAHI)

2021-01-26
Bu dəfə Binəqədidə qadın özünü binadan atdı

Bu dəfə Binəqədidə qadın özünü binadan atdı

2021-01-26
Qubadlının daha bir kəndindən – Video

Qubadlının daha bir kəndindən – Video

2021-01-26
Azərbaycanda koronavirusa yoluxma yenidən 300-ü ötdü

Azərbaycanda koronavirusa yoluxma yenidən 300-ü ötdü

2021-01-26
Aztelekom” 635 min manatlıq tenderi 10 manatlıq şirkətə verdi

Aztelekom” 635 min manatlıq tenderi 10 manatlıq şirkətə verdi

2021-01-26
Partiyaların qeydiyyatının ləğvi xəbəri ironikdir… – Partiya sədri

Partiyaların qeydiyyatının ləğvi xəbəri ironikdir… – Partiya sədri

2021-01-26
Prezident Oqtay Şahbazovu işdən çıxardı, Ramin Quluzadəyə yeni vəzifə verdi

Prezident Oqtay Şahbazovu işdən çıxardı, Ramin Quluzadəyə yeni vəzifə verdi

2021-01-26
Mətanət ATV-dən ayrıldı, bu kanala keçdi

Mətanət ATV-dən ayrıldı, bu kanala keçdi

2021-01-26
Prezident yeni nazir təyin etdi (SƏRƏNCAM)

Prezident yeni nazir təyin etdi (SƏRƏNCAM)

2021-01-26
İlham Əliyev naziri işdən çıxardı (SƏRƏNCAM)

İlham Əliyev naziri işdən çıxardı (SƏRƏNCAM)

2021-01-26
Xırdalandakı partlayışla bağlı cinayət işi başlanıldı

Xırdalandakı partlayışla bağlı cinayət işi başlanıldı

2021-01-26
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

2021-01-26
Övladını məktəbə göndərməyənlər sənəd imzalamalıdır

Övladını məktəbə göndərməyənlər sənəd imzalamalıdır

2021-01-26
Daha 4 erməni hərbçinin meyiti tapıldı

Daha 4 erməni hərbçinin meyiti tapıldı

2021-01-26
Emin Milli yeni təşkilat yaratdı: “Sülh uğrunda” (VİDEO)

Emin Milli yeni təşkilat yaratdı: “Sülh uğrunda” (VİDEO)

2021-01-26
Bu da Karxulu kəndi – Video

Bu da Karxulu kəndi – Video

2021-01-26
Nazirlik yandırmaq üçün odun alacaq, yoxsa qızıl? – TENDER

Nazirlik yandırmaq üçün odun alacaq, yoxsa qızıl? – TENDER

2021-01-26
Azərbaycanda daha bir korrupsiya faktı – Cinayət işi açıldı

Azərbaycanda daha bir korrupsiya faktı – Cinayət işi açıldı

2021-01-26
Bakıda tikinti şirkətinin heyrətamiz dələduzluğu

Bakıda tikinti şirkətinin heyrətamiz dələduzluğu

2021-01-26
Xırdalanda partlayışdan sonrakı vəziyyət – Video

Xırdalanda partlayışdan sonrakı vəziyyət – Video

2021-01-26

Seçmə

  • Bütün
  • SEÇMƏ
Qubadlının daha bir kəndindən – Video
Manşet

Qubadlının daha bir kəndindən – Video

2021-01-26
Aztelekom” 635 min manatlıq tenderi 10 manatlıq şirkətə verdi
SEÇMƏ

Aztelekom” 635 min manatlıq tenderi 10 manatlıq şirkətə verdi

2021-01-26
Prezident Oqtay Şahbazovu işdən çıxardı, Ramin Quluzadəyə yeni vəzifə verdi
SEÇMƏ

Prezident Oqtay Şahbazovu işdən çıxardı, Ramin Quluzadəyə yeni vəzifə verdi

2021-01-26
Türk şirkətləri Qarabağa milyonlarla dollar yatırır – Yeni iş yerləri açılacaq
SEÇMƏ

Türk şirkətləri Qarabağa milyonlarla dollar yatırır – Yeni iş yerləri açılacaq

2021-01-26
Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.
SEÇMƏ

Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.

2021-01-25
Masallı xəstəxanasının direktoru belə həbs edilib – Video
Rəsmi

Masallı xəstəxanasının direktoru belə həbs edilib – Video

2021-01-25
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Prezidentin İşlər İdarəsinə hansı əmlaklar və təşkilatlar tabedir? (SİYAHI)

Prezidentin İşlər İdarəsinə hansı əmlaklar və təşkilatlar tabedir? (SİYAHI)

2021-01-26
Bu dəfə Binəqədidə qadın özünü binadan atdı

Bu dəfə Binəqədidə qadın özünü binadan atdı

2021-01-26
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.