Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdi

12 Noyabr 2019 - 20:53
169 oxunma
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.
 
Reportyor.info xəbər verir ki, qanuna edilən dəyişikliyə əsasən avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) texniki baxış stansiyalarının saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına, qalan hissəsi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna köçürüləcək.
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"