20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezidentə yalan məlumat verib 3 milyon necə aldılar? – HƏR ŞEY ”FÖVQƏLNAZİRLƏ” DEPUTATIN MÜSİQİÇİ HƏMRƏYLİYİNDƏN BAŞLAYIB

12 İyun 2018, 01:36
Manşet
A A
Prezidentə yalan məlumat verib 3 milyon necə aldılar? – HƏR ŞEY ”FÖVQƏLNAZİRLƏ” DEPUTATIN MÜSİQİÇİ HƏMRƏYLİYİNDƏN BAŞLAYIB
Son günlər gündəmi zəbt edən mövzulardan biri də Göyçay çayı üzərində olan körpünün uçmasıdır. Məsələ ilə bağlı rayon sakinləri Criminal.az saytına məktub yollayıblar. Məktubdan belə aydın olur ki, iyunun 2-də sel yağması bir çox məmurlaırn işinə yarayıb.
73 yaşlı körpünü göstəriblər…
Məktubda deyilir: İlk olaraq körpünün tikilmək tarixinə baxaq. Tamamilə uçan körpü 1945-ci ildə alman əsirləri tərəfindən tikilib. Həmin vaxtlarda demək olar ki, maşın olmadığına görə körpü piyadalar, at – araba üçün nəzərdə tutulub. Körpünün eni 1 metrdir. Körpü istifadəyə veriləndən illər sonra maşınların sayı artıb və həmin körpüdən də nəqliyyatın gediş-gəlişi üçün istifadə olunub. Get-gedə maşınların sayının artması, iri tonajlı maşınların çoxalması bu körpüdən istifadəni çətinləşdirib.

• Deputatın 6 villası Göyçayı iki yerə böldü – AĞIR İTTİHAM

• ”Cənab prezident yalvarırıq, bizi Elxan Süleymanovun zülmündən xilas et”
2003-ci ildə həmin körpünün yerində təzə körpü istifadəyə verildi. Hər şey öz axarı ilə gedirdi. Əvvəli musiqiçi olduğuna görə qazancı toylarla çıxan Şamaxının deputatı, Göyçaydan olan Elxan Süleymanov fövqəladə hallar naziri Kamaləddin Heydərovun sayəsində ulduzu parlamağa başladı. Bu iki şəxsi birləşdirən tellər “fövqəlnazir”in musiqi ilə məşğul olmasıdır.
Nazir və deputatın musiqiçi həmrəyliyi və parlayan biznes
Nazirə qoşulan E.Süleymanov onun biznesi ilə məşğul olmağa başladı. Qısa zamanda güclü var-dövlətə yiyələnən keçmiş musiqiçi əmlak kralına çevrilməyə başladı. İlk olaraq Göyçay H.Əliyev fondu tərəfindən himayə olunan internat məktəbin həyətinin bir hissəsin alaraq 20-dən yuxarı mağaza tikdirdi. Bununla bərabər o vaxtlar Göyçayın kurartoru sayılan Ziya Məmmədovun köməkliyi sayəsində, xalası oğlu olan İcra Hakimiyyətinin başcısı, indi isə Ucar Rayon İcra Hakimiyyətinin başcısı M.Məmmədovun köməkliyi sayəsidə çayın tən ortasından hektarlarla torpaq aldı.
Çayın məcrasını hansı məqsədlə dəyişdirildi? 
Ziya Məmmədovla yaxın olmasının digər sübutu onların İsmayıllı rayonunun Buynuz kəndində villalarının qonşu olması və həmin villalarda qurulan kef məclislərində birlikdə iştirak etmələridir. İlk olaraq zəbt olunmuş Göyçay çayın suyun qurutmaq və məcarasın dəyişmək üçün 1000-lə “Kamaz” torpaq töküldü. Bundan sonra özü və gələn qonaqlarının istirahəti üçün meyvə bağları salınaraq 10 yaxın villa tikdirdi. Deputat çay qırağı ərazidə bostan bitkiləri əkən əhalinində torpağın zəbt edərək öz ərazisini daha da genişləndirdi. Həmin vaxt ondan şikayət olunsa da, baxan olmadı. Bu gedişlə Göyçay ərazisində böyük obyektlər və quşçuluq ferması açaraq var-dövlətini daha da genişləndirdi.
Elxan Süleymanovun Göyçay sahilindəki villaları
Artıq bu işlər onun üçün xırda sayıldığından Qəbələ rayonunda 2 çınqıl karxanası açdı və Göyçaylı sahibkarların mülkünə göz dikməyə başladı. Rayonda fəaliyyət göstərən daş karxanalarını və A.T.F. adlı zavodu ələ keçirmək üçün karxanaları bağlatdı. Ona görə ki, bu karxanalar onun işinə mane olurdu. Onun Qəbələdəki karxanalarından çınqılı getmirdi. İndi isə onun işi yağ kimi gedir. Rayonda karxanalar işləyən vaxt 30-40 manata olan çınqıl bu gün 150 manata, 70-80 manat olan qum 300 manata qədər bahalaşıb.
Diqqətlə nəzər yetirilsə görərsiniz ki, karxanalar bağlanandan sonra E.Süleymanov öz inadından əl çəkməyərək A.T F. şirkətlər qrupundan onların fəaliyyətləri haqqında Baş Prokurorluğa, ölkə prezidentinə və digər qurumlara ardı- arası kəsilmədən şikayət etməyə başaldı. Bu Azərbaycan tarixində tayı-bərabəri olmayan hadisə idi. Deputat sahibkarlardan şikayət edir.
Elxan Süleymanov
ATF şirkəti nəinki Göyçayda, hətta Azərbaycanda tanınmış şirkətlərdən biridir. Artıq 20 ilə yaxındır ki, bunlar yol çəkilmə tenderlərinin qalibi olublar. Zavodda 200-dən yuxarı texnika və 500-ə yaxın işçi çalışır. Zavod işçilərini hər bir şəraitlə hətta gündəlik iki dəfə yeməklə təmin edir və dəfələrlə dövlət tərəfindən mükafatlar alıb və regionda ən böyük vergi ödəyicisidir. Sahibkarlığın və regionların inkişafı haqda fərmanlara uyğun olaraq bu yaxınlarda Balakən rayonunda yeni zavod istifadəyə verib.
İyunun 2-də yağan leysan yağışlar Elxan Süleymanovun işinə yarayıb. Göyçay çayının üstündə olan körpünün uçması onun üçün toy-bayrama çevrildi. Halbuki, həmin körpünün uçmasının bu karxanalara heç bir aidiyyatı yoxdur. Karxanalar körpüdən demək olar ki, 10 km məsafədə yerləşir.
Bəs nə oldu birdən-birə tuthatut başaldı?
Diqqətlə uçan körpüyə baxsanız, görərsiniz ki, körpünün tağımları uçmayıb, körpü ilə yol arasında torpaq sahəsi uçub. Bunun da səbəbi həmin ərazidə beton lövhələrin yaxşı quraşdırılmaması olub ki, su torpağın alt hissəsini yuyaraq 7 metr ərazini uçurub. Bu səbəblərdən biridir.
Digər ən mühüm səbəblərdən biri də Elxan Süleymanovun Göyçay çayının başlancığın götürdüyü Qəbələ rayonunda çınqıl karxanaları, o və onun Göyçay çay qırağı əraziləri zəbt edib hasarlaması və suyun axarının dəyişməsi, bir istiqamətə axmasıdır. Bütün bunlar azmış kimi körpü uçandan bir neçə gün sonra “Azəravtoyol”un rəhbərliyi çıxış edərək bildirdi ki, yeni körpü tikilməyəcək, uçan 7 metr torpaq sahəsi beton lövhələrlə bərkidilərək körpüyə birləşdiriləcək. Bu da elə bir xərc tələb eləmir. Bəs nə oldu birdən-birə tuthatut başaldı? 10 karxananın müdürü ATF şirkətinin rəhbərliyi həbs edildi? Halbuki, həmin karxanalar rayon İcra Hakimiyyətinin, FHN-in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi və lisenziyası əsasında fəaliyyət göstəriblər.
Elxan Süleymanovun və onun havadarlarının işə qarışması işləri tamam başqa məcaraya yönəltdi. Bu karxanaları və zavodu ələ keçirmək istəyən qüvvələr ölkə prezidentini aldadaraq inandırdılar ki, bəs Göyçay viran qalıb əhali bu karxanaların fəaliyyətindən bezib, təcili tədbirlər görülməsə güclü narazılıqlar olacaq. Onlar bir gülləyə iki dovşan vurdular. Həm karxanaları bağlatdırıb rəhbərlərini həbs etdirdilər, həm də 1945-ci illərdə alman əsirləri tərəfindən əhalinin gediş-gəlişi üçün tikilən və sel nəticəsində uçan körpünü göstərib dövlətdən körpünü bərpa etmək üçün 3.5 milyon manat ayrılmasına nail oldular. Halbuki, həmin uçan körpü keçən əsrin sonunda bağlanmış və əhali sonradan maşın yolu üçün tikilən və əhali üçün nəzərdə tutulan hissəsindən istifadə edirdi.
Görəsən heç bir tərəfi uçmayan təzə körpü ilə asfaltı birləşdirən 7 metrəsi uçan torpaq yolun tikintisinə 3.5 milyon vəsaitmi lazımdır? Biz göyçaylılar ölkə prezidentindən xahiş edirik ki, Süleymanov Elxanın fəaliyyətini araşdırmaq üçün komisiya yaradılmasına göstəriş versin. Bu komisiya araşdırsın ki, görək onun bu qədər var-dövləti hardandır? Ona kim səlahiyyət verib ki, Göyçay çayının ərazisini zəbt edib villalar tikdirsin? Onun Qəbələ rayonunda Göyçay çayının başlancığında tikdirdiyi 2 çınqıl karxanasının fəaliyyəti araşdırılsın.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə
Süleymanov Elxan Göyçay İcra Hakimiyyətinin başcısı Mehdi Səlimzadə ilə keçən il qohum olublar. Bacısı qızını başcının qardaşı oğluna verib. Başcının oğlu Baş Prokurorluqda Korrupsiya İdarəsində yüksək vəzifədə işləyir, generaldır.
Criminal.az saytının əldə etdiyi məlumata görə, rəhbərləri cinayət məsuliyyətinə cəlb edilən şirkətlər Ziya Məmmədova məxsusdur. Lakin həmin ərazidə baş nazirin sabiq müavini Abid Şərifovun da xeyli qum-çınqıl karxanası var.
Əvvəlki yazı

Bakının Nəsimisini soyan “Yaşbək” başçıdan prezidentə dosye – Video

Sonrakı yazı

Elnarə Rzayevanın pis günə qoyduğu daha bir qadın: ”Dedi heç kimdən qorxmuram”

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.