14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“PREZİDENTƏ DEDİM Kİ, MƏN DƏ SİZİN KİMİ AKADEMİKƏM…” – Jurnalistləri təhqir edən akademik

02 Aprel 2018, 13:48
Seçmə
A A
“PREZİDENTƏ DEDİM Kİ, MƏN DƏ SİZİN KİMİ AKADEMİKƏM…” – Jurnalistləri təhqir edən akademik

Azərbaycan jurnalistlərinin təhqir edən Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov yeni açıqlama verib. Akademikin Unikal.org saytına qısa müsahibəsini təqdim edirik:

– Ramiz müəllim, KİV rəhbərləri sizdən dediyiniz ifadələrə görə, üzrxahlıq gözləyirlər. Sözlərinizin üstündə durursunuzmu?

– Xeyr. Mən emosional olub, bu fikirləri səsləndirmişəm. Əsəbi olmasaydım, deməzdim. Amma bu fikrimin üzərində dayanıram ki, bizim jurnalistlərin əksəriyyəti savadsızdır. Mən “küçük” ifadəsini də bir jurnalistə həvalə edirəm. O adam məni doğrudan da biabır edib. Guya mən demişəm ki, “Bakıda qar yağmayacaq”.

– Nə üçün bir jurnalistə görə, bütün mətbuatı təhqir etdiniz?

– Bir daha deyirəm, emosional idim. Mən heç vaxt deməmişəm ki, Bakıda qar yağmayacaq. O adam mənim adımdan məqaləni yayımladıqdan sonra, Qeyri Hökumt Təşkilatının bir nümayəndəsi var, ondan da münasibət alıb. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovu yəqin ki, siz də tanıyırsınız. O adam həm ekologiya, həm də ginekologiyadan danışır. Ünvanıma deyib ki, “ölsün yerə girsin ki, belə akademik, gör nə deyib?” Mən bu sözə görə, səhərə kimi yatmamış, mətbuata çox əsəbləşmişdim.

– Siz mətbuatda savadlı hansı jurnalistləri tanıyırsız?

– Əlbəttə ki, Azərbaycan mətbuatında savadlı jurnalistlər çoxdur. Onların bəziləri ilə də dostluq edirəm. Mirşahin, Qulu Məhərrəmli və digər jurnalistlərimiz var ki, onlara hörmətim var.

– Belə çıxır ki, cavan jurnalistlərə hörmətiniz yoxdur?

– (Gülür) Açığını deyim ki, cavan jurnalistlərə də hörmətim var. Niyə də olmasın? Mən bütün jurnalistlərə açıq adamam. Təəssüflər olsun ki, əsəbi vaxtıma düşdüyü üçün xoşagəlməz ifadələr işlətdim. Fikirlərimin belə rezonans doğuracağını da gözləmirdim.

– Bu fikirlərinizə görə rəhbərlik tərəfindən cəzalandırıldınızmı?

– Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə mətbuatda gedən ifadələrimə görə, mənə irad bildirdi. Vurğuladı ki, siz gərək bu ifadələri işlətməyəydiniz. Mənə belə ifadələr səsləndirməyə qadağa qoydu.

– Bəs siz nə dediniz?

– Akif müəllimə dedim ki, mən də sizin kimi akademikəm!…

– Sosial şəbəkələrdə sizin bu fikrinizi başqa cür şərh edənlər də var. Bildirilir ki, Ramiz müəllim içkili olduğu üçün bu fikirləri səsləndirib. Bəlkə içkili olmusunuz?

– (Gülür) Mənim yaşım o yaş deyil. Son vaxtlar 50–100 qramdan artıq içmirəm.

Əvvəlki yazı

QAÇQIN – MƏCBURİ KÖÇKÜN KORRUPSİYASI – Tender oyunları

Sonrakı yazı

“Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazanmaq şansı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.