12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Polad Bülbüloğlu gedir? – sabiq nazir danışdı

05 Fevral 2020, 11:03
Seçmə
A A
Polad Bülbüloğlu gedir? – sabiq nazir danışdı

Polad Bülbüloğlunu Azərbaycan səfirləri arasında bəlkə də ən xoşbəxti hesab etmək olar. Ona görə ki, onu 75 illiyi münasibətilə həm Azərbaycan prezidenti İlham Əliyev, həm də elçi olduğu Rusiyada Kreml rəhbəri Vladimir Putin təbrik edib. Bu, P.Bülbüloğluna bir diplomat, siyasi xadim kimi göstərilən diqqət və hörmətin təzahürüdür.

Yeri gəlmişkən, bir müddət əvvəl keçirilən sorğuda P.Bülbüloğlu ən yaxşı səfir seçilmişdi. Doğrudur, özü buna etiraz etmişdi və səfirlər arasında ayrı-seçkilik salınmasını düzgün saymamışdı.

Lakin reallıq budur ki, P.Bülbüloğlu həqiqətən də etimadı doğrultmuş səfirdir və Rusiya kimi strateji, mürəkkəb və həssas bir ölkədə fəaliyyəti ilə rəğbət qazanıb. Ermənilərin təsirlərinin kifayət qədər olduğu bir dövlətdə səfir işləmək heç də asan deyil.

Elə prezident də ona “Heydər Əliyev” ordeni təqdim edərkən bu fikirləri söyləyib: “Siz uzun illərdir ki, Azərbaycanı dünyanın supergüclərindən biri olan Rusiyada ləyaqətlə təmsil edirsiniz. Bilirəm ki, Azərbaycanın maraqları sizin üçün hər şeydən üstündür.

Bu illər ərzində görüşlər əsnasında, əlbəttə, bir daha əmin oldum ki, çox düzgün qərar qəbul olundu və siz Rusiyada Azərbaycanın səfiri kimi çox böyük uğurlar əldə etmisiniz. Rusiya – Azərbaycan əlaqələrinin inkişafında sizin çox böyük rolunuz var”.

Putinin təbrikində isə deyilir: “Hörmətli Polad Bülbüloğlu, 75 illik yubileyinizlə əlaqədar ən səmimi təbriklərimi qəbul edin. Uzun illərdir ki, Siz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, məhsuldar əməkdaşlığın inkişafına mühüm töhfə verirsiniz.

Əlbəttə ki, Rusiyada Sizin parlaq bəstəkarlıq, musiqiçi və artistlik istedadınızı yüksək dəyərləndirirlər, Sizin yaradıcılığınızı həqiqətən də sevirlər. Sizə ürəkdən sağlamlıq, xoşbəxtlik, rifah və uğurlar arzulayıram”.

Yada salaq ki, P.Bülbüloğlu 2006-cı ildən Rusiyada fövqəladə və səlahiyyətli səfirimizdir. Buna qədər Azərbaycanın mədəniyyət naziri olub. Artıq 14 ilə yaxındır ki, səfir missiyasını daşıyır. O, ən yaşlı səfirlərdən biridir.

Hazırda Polşadakı səfirimiz Həsən Həsənovun 79, Qırğızıstandakı səfirimiz Hidayət Orucovun 76, Polad Bülbüloğlunun isə 75 yaşı var.

Zaman-zaman təkliflər səslənib ki, kadr dəyişiklikləri diplomatik korpusu da əhatə etməlidir. Bəzi mülahizələrə görə, bu, P.Bülbüloğlunun ən yüksək səviyyədə təltif olunaraq hörmətlə yola salınması sayıla bilər.

İndiki situasiyada bunu birmənalı iddia etmək, kiminsə adını  çəkmək çox çətindir və belə bir namizəd ağla gəlmir, lakin ölkədə kifayət qədər ziyalı, peşəkar diplomatlar, Azərbaycan-Rusiya münasibətlərini bilən kadrlar var.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “Yeni Müsavat”a bildirdiyinə görə, P.Bülbüloğlunun səfir postundan gedişi üçün indiki halda əsas yoxdur:

“Əvvəla, mən də onu təbrik edirəm. Çünki bizim tanışlığımız var, onu bir insan kimi həmişə yüksək qiymətləndirmişəm. Səfir fəaliyyətinə gəlincə, biz başa düşməliyik ki, Rusiya Azərbaycan üçün sadəcə qonşu deyil və bu ölkədə ənənəvi diplomat üsulları keçmir.

Polad Bülbüloğlu Rusiya ictimaiyyətinə tanışdır, orada həmkarları, dostları var. Hesab edirəm ki, onun fəaliyyəti şəxsiyyətindən irəli gələn xüsusiyyətdir. Bu da Azərbaycan – Rusiya münasibətlərinin inkişafı üçün faydalıdır. Onun fəaliyyəti barədə tənqidi fikirlər də səslənib. Hər işdə tənqid olmalıdır. Ancaq bütövlükdə uğurlu səfirdir və diplomatlara nümunədir”.

T.Zülfüqarov hesab edir ki, P.Bülbüloğlu özü istəsə, səfir vəzifəsindən gedə bilər: “Özü dövlət rəhbərliyi qarşısında təşəbbüs qaldıra bilər. Amma enerjili insandır, yaşına baxmayaraq, fəaldır. Mətbuatda belə fikirlər eşitmişəm ki, səfir postundan gedir, amma əsaslar görmürəm. Özü bu fikrə gəlsə, ola bilər”.

Sabiq nazirin fikrincə, nə vaxtsa Rusiyaya yeni səfir təyin olunsa, digər istiqamətlərdə bacarıqlı diplomatlar tapmaq mümkündür: “Daha fəal, iqtisadi inkişafa töhfə verə bilən diplomat səfir təyin oluna bilər. Bu gün iki ölkə prezidentləri arasında əlaqələr yüksək səviyyədədir və səfirin ünsiyət qurulmasında rolu vacib deyil.

Amma biz görürük ki, Polad Bülbüloğlu Rusiya ictimaiyyətinə tariximizin, mədəniyyətimizin çatdırılmasında, təbliğində bacarıqlı və ağıllı adamdır. Yeni səfir təyin olunanda prioritet dəyişə bilər və ondan iqtisadi sferada aktiv fəaliyyət gözləntisi istisna deyil”.

Qeyd edək ki, Polad Bülbüloğlu 1945-ci ildə Bakı şəhərində dünya şöhrətli müğənni, SSRİ xalq artisti, professor Bülbülün ailəsində dünyaya göz açıb.

Polad Bülbüloğlu 1987-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1988-ci ildən 2006-cı ilədək Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifələrində çalışıb. 2006-cı ildən ölkəmizin Rusiyada səfiridir.

Sənətkarın Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilib, o, 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2005-ci ildə “İstiqlal”, 2015-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib. Fevralın 7-də Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun yubiley gecəsi keçiriləcək.

“Yeni Müsavat” da səfiri yubileyi münasibətilə təbrik edir.

Əvvəlki yazı

“Qərb də sabitliyi əldən verməyə başlayıb” – Analitik

Sonrakı yazı

Adil Qeybulla: “İsgəndər Həmidovla bağlı ümidim azdır…”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.