Pilotun ailəsi DTX rəisinə müraciət etdi

16 Sentyabr 2019 - 13:16
87 oxunma

Sosial şəbəkədə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Həmin profil vasitəsilə insanlardan maddi yardım istənilib. Bu məsələdən xəbər tutan pilotun ailəsi Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə müraciət edib.

Bu barədə Azvision.az -a MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, DTX rəisi Əli Nağıyevə ünvanlanan müraciətdə həmin şəxslərin tapılması xahiş edilib.

“Bu, həm şəhidi, həm də şəhidin ailəsini nüfuzdan salmaq məqsədi güdür. Pul dilənçiliyi həyata keçirdiyi üçün həmin şəxslər tapılaraq məsuliyyətə cəlb edilməlidir”.

Q.Hüseynli Müdafi nazirinin də məsələdən xəbərdar olduğunu qeyd edib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"