Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Reportyor.info xəbər verir ki,bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asiman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.