Paytaxt polisindən AXH-nin ofisdən çıxarılmasilə bağlı açıqlama

15 İyul 2019 - 21:19
181 oxunma

Bakı Şəhər Baş Polis İdarəsi hüquq-mühafizə orqanlarının Azərbaycan Xalq Hərəkatının (AXH) ofisinə basqın etməsi barədə məlumatı təkzib edib.

Paytaxt polisinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, təşkilatın yerləşdiyi ofis yerin sahibi tərəfindən qapadılıb.

Polis nümayəndəsinin məlumatına görə, obyektin mülkiyyətçisi ofisi ANTV.AZ İnternet kanalına icarəyə verib. Ancaq ofis sahibi biləndə ki, obyektdən təyinatı üzrə istifadə olunmur və orada bir qrup müxalifyönlü şəxs “icazəsiz yığıncaqlar keçirir”, mühafizə-komendatura işçilərinin köməyilə ofisi boşaldıb və bundan sonra polisə müraciət edib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsində müvafiq araşdırmalar aparılır.

Bundan öncə AXH nümayəndəsi Ağasif Şakiroğlu bildirmişdi ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları təşkilatın ofisinə gələrək oranı bağlayıblar. 10 nəfər AXH üzvünü naməlum istiqamətə aparıblar, sonradan buraxıblar.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"