Paşinyandan Türkiyə ilə bağlı gözlənilməz bəyanat:”Bizim münasibətdə heç bir şərtimiz yoxdur”

11 Aprel 2019 - 18:23
151 oxunma

Litvanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Egidijus Vareikis Ermənistanın baş naziri Nikol Paşinyana sualla müraciət edib. 

Reportyor/info“Report”a istinadən xəbər verir ki, litvalı parlamentari Ermənistanın yalnız Azərbaycanla deyil, başqa qonşu ölkələrlə də münasibətlərinin yaxşı olmadığını deyərək bunun səbəblərini soruşub.

N.Paşinyan isə cavabında bildirib ki, Ermənistanın Gürcüstan və İranla münasibətləri yaxşıdır: “Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərimiz yoxdur. Türkiyə Azərbaycan ilə münasibətlərimizin yoluna düşməsini gözləyir. Bizim isə Türkiyəyə münasibətdə heç bir şərtimiz yoxdur və münasibətlərin bərpa olunmasına hazırıq. Biz qonşu dövlətlərlə münasibətlərimizi yalnız sülh şəraitində qurmaq niyyətindəyik”.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"