Paşinyan Sərkisyanı Bakıya niyə “göndərir”? – Şərh

30 İyun 2018 - 10:17
679 oxunma

“Qarabağ klanı”nın devrilməsindən sonra Ermənistanda siyasi situasiya qeyri-müəyyən olaraq qalır. Baş nazir Nikol Paşinyanının keçmiş prezident Serj Sərkisyan rejimi ilə hesablaşması Ermənistanı daha ciddi qarşıdurmalara sürükləyir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib.

Politoloq yaxın günlərdə Ermənistanda vəziyyətin daha da gərginləşəcəyini istisna etməyib:

“Hesab edirəm ki, bu baxımdan Ermənistan KİV-də Prezident Armen Sərkisyanın Bakıya səfər edəcəyi ilə bağlı ölkədə hökm sürən siyasi gərginliklə bağlıdır. KİV vasitəsilə ictimai rəydə o fikri formalaşdırmağa çalışırlar ki, guya Armen Sərkisyan Bakıya gəlməklə işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasını razılaşdıracaq.

Bu baxımdan, Ermənistan prezidentinin Bakıya gələcəyi iddiasının məntiqli olduğuna inanmıram. Hesab edirəm ki, daxili siyasi qüvvələr Armen Sərkisyanı hədəfə alıblar, onu vaxtından əvvəl hakimiyyətdən uzaqlaşmağa məcbur edirlər. Qənaətimə görə, bu, Nikol Paşinyanın Serj Sərkisyanın kadrı olan Armen Sərkisyana qarşı etdiyi əks hücumdur. Bu, gözlənilən idi. Başqa sözlə, Qarabağ məsələsi yenidən Ermənistanda siyasi hakmiyyət uğrunda mübarizə üsuluna çevrilib”.

Qeyd edək ki, Ermənistanda nəşr olunan “Qaraparak” qəzeti Armen Sərkisyanın yaxın günlərdə Azərbaycanın paytaxtı Bakı şəhərinə səfər edəcəyini iddia edib. Qəzet yazır ki, Armen Sərkisyanın administrasiyası məlumatı ciddi-cəhdlə gizlədir. Lakin mənbə “rəsmi səfər”də əsas məqsədin nədən ibarət olduğu haqda məlumat verməyib.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - [email protected]



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - [email protected]

Giriş | Hazırladı "Qurdqanlı Design"