Paşinyan peşman olub – “Qarabağ Ermənistandır” sayıqlaması…

9 Oktyabr 2019 - 16:41
59 oxunma

Ermənistanın baş naziri Nikol Paşinyanın komandasında sakitilk yenə pozulub.

Ermənistanın “Past” qəzeti xəbər verir ki, bu dəfə Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovun onun səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” ifadəsini kəskin tənqid etməsinə görə qəzəblənib.

O, rusiyalı nazirin sərt çıxışına görə baş diplomat Zoqrab Mnatsakanyanı ittiham edib. “Baş nazir Lavrovun gözlənilməz və sərt çıxışından narazıdır. Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinə reaksiya verən rusiyalı nazir bu açıqlamanı pisləmiş və Ermənistan tərəfini ittiham etmişdi.

Paşinyan məsələ ilə bağlı xarici işlər naziri Mnatsakanyanı günahkar bilir. Onun fikrincə, diplomatlar Rusiya ilə sıx işləməyib və ölkəsinin mövqeyini dolğun çatdıra bilməyiblər”. Paşinyanın kuluarda bir neçə dəfə Zoqrab Mnatsakanyanı istefaya göndərəcəyini dilinə gətirdiyi vurğulanır.

 

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"