“Paşa Sığorta olanda nə olar?!” – şirkətdən şikayət

19 Noyabr 2019 - 10:36
142 oxunma

Azərbaycanda sığorta şirkətlərinin vətəndaşların, xüsusən də sürücülərin başına bəla olduğu, onları süründürdüyü yeni məlumat deyil.
Vətəndaşlar məcburi şəkildə əmlaklarını sığorta etdirirlər, amma zərər çəkəndə sığorta şirkətləri onların ziyanını operativ, ədalətli şəkildə kompensasiya etmirlər.
Belə süründürməçilik halları ilə qarşılaşanlardan biri də Anaxeber.info saytının baş redaktoru Azər Talıbovdur.
Belə ki, Bakıda ötən ay güclü külək zamanı ona məxsus 99 RG 188 dövlət nömrə nişanlı “Hunday” markalı avtomobilin ön şüşəsi partlayıb, yararsız vəziyyətə düşüb.
A.Talıbovun sözlərinə görə, hadisə yerinə kasko sığorta etdirdiyi “Paşa Sığorta” şirkətinin əməkdaşları gəliblər, baxış keçiriblər. Amma bir aya yaxındır  ki, ona dəyən ziyan ödənilmir.
Maşın sahibi bildirir ki, “Paşa Sığorta” şirkətinin əməkdaşları qeydlər götürüblər, bir həftə sonra məlumat veriləcəyini bildiriblər: “İndiyə qədər heç bir xəbər yoxdur.
Mən dəfələrlə şirkətin 050-283-33-66 nömrəsinə zəng edirəm. Nə cavab verən var, nə dəyən ziyan qiymətləndirilib, nə maraqlanıblar.
Guya 1 həftəyə dəymiş ziyan qarşılanacaqdı. Amma şirkətlə əlaqə qura bilmirəm. Ən azından adlarına hörmət qoysunlar.
Şirkətin adı “Paşa” olanda belə etməlidirlər? Mən ödəniş edib maşını sığortalatmışam. İndi gizlənirlər, cavab vermirlər”.
Baş redaktor ona dəymiş ziyan şirkət tərəfindən ödənilmədiyi halda məhkəməyə müraciət edəcəyini açıqladı:
“Paşa Sığorta” şirkətinə güvənib, maşınımı ona sığortalatdım. Bu günə qədər zənglərimə cavab vermirlər. Buna süründürməçilik, dərəbəylik, özbaşınalıq deyərlər”.
Xatırladaq ki, Media Təqib Mərkəzi 2016-cı ildə apardığı sorğu zamanı ən çox şikayət edilən şirkət “Paşa Sığorta” olmuşdu.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"