08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Partiyaların qeydiyyatının ləğvi xəbəri ironikdir… – Partiya sədri

26 Yanvar 2021, 18:16
Cəmiyyət
A A
Partiyaların qeydiyyatının ləğvi xəbəri ironikdir… – Partiya sədri

“Partiyaların qeydiyyatının ləğv edlməsi siyasi addımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin fəaliyyətsiz partiyalarla bağlı açıqlamasına aydınlıq gətirərkən deyib.

Başqan idarənin partiyaların fəaliyyətsizliyi ilə bağlı məlumatını ironik hesab edir:
“Çünki onların fəaliyyəti nəticəsində bir çox ölü partiyalar qeydiyyatda olduğu halda illərlə faktiki olaraq siyasi fəaliyyətlə məşğul olmuş digər təşkilatlar partiya statusunu ala bilmirdi. Həmin idarə rəhbərlik etdiyim AĞ Partiyanın qurultayının nəticələrini 4 il sonra təsdiq elədi. Onlar açıq şəkildə deyirdilər ki, biz sizin dəyişiklikləri qeydə alan deyilik. Belə bir fəaliyyət göstərən qurum necə partiyalara hansısa nöqsan tuta bilər? Əgər partiyalara normal fəaliyyət göstərmək üçün şərait yaradılmırsa,  maliyyələşmədən tutmuş hüquqi baxımdan tənzimlənməsinə problemlər yaradılırsa, hansı normal fəaliyyətdən söhbət gedə bilər? Yəni, düşünülmüş şəkildə partiyaların sıradan çıxarılması siyasəti yürüdülürdüsə, partiyalar necə aktiv ola bilər? Hələ Ədliyyə Nazirliyinin nümayəndəsi təşəkkür eləməlidir ki, ortalıqda 5-6 partiya kimlərinsə fədakarlığı hesabına qalır. Onların ümidinə qalsaydı, bu gün Azərbaycanda heç bir partiya olmayacaqdı. Simvolik olaraq Yeni Azərbaycan Partiyası olacaqdı”.
Tural Abbaslı qeyd edib ki, bu gün 60-a yaxın partiya var, amma onların böyük əksəriyyətinin cəmiyyətə təsir imkanları yoxdur:
“Cəmiyyət onları tanımır. Amma fəaliyyətsiz partiyalar təbii qaydada sıradan çıxmalıdır. Yoxsa hansısa süni şəkildə önə çəkilsin, yaxud da kimsə süni şəkildə sıradan çıxarılsın, bu, düz deyil”.
Tural Abbaslı onu da bildirib ki, çoxpartiyalı sistemin hüquqi bazası yaradılmalıdır:
“Mən yeni qanunvericiliyin qəbul olunması, yəni, partiyalar haqqında qanunvericiliyin qəbul edilməsi və bütün kriteriyaların orada müəyyənləşməsinin tərafdarıyam. Konkret göstərilməlidir ki, hansı hallarda partiyaların qeydiyyatı ləvg, hansı hallarda xəbərdarlıq oluna bilər. Partiyaların qeydiyyatının ləğv edlməsi siyasi addımdır. Ləğv edə bilərlər. Amma beynəlxalq təşkilatlarda onun siyasi  nəticələri Azərbaycan üçün o qədər də xoş olmaz”.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov Azərbaycanda partiyaların fəaliyyətsizliyi haqqında məlumat verib. İdarə rəsmisi “Təəssüflər olsun ki, bəzi siyasi partiyaların fəaliyyəti ümumiyyətlə yoxdur. Yəni qurultay keçirmirlər, rəhbər orqanları seçmirlər, illər üzrə maliyyə hesabatlarını təqdim etmirlər. Belə partiyalara misal kimi, Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist partiyalarını qeyd etmək olar. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər görülür”, – deyə bildirib
Əvvəlki yazı

Prezident Oqtay Şahbazovu işdən çıxardı, Ramin Quluzadəyə yeni vəzifə verdi

Sonrakı yazı

Aztelekom” 635 min manatlıq tenderi 10 manatlıq şirkətə verdi

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.