“Müğənnilər, artistlər düşüblər ortalığa ki, deputat olmalıyıq. Milli Məclis sizin üçün səhnədir?!”.
Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisi haqda danışarkən bildirib.Ə.Əliyev müğənnilərin, aktyorların deputat olmaq istəyinə qarşı çıxıb. O qeyd edib ki, Milli Məclis səhnə deyil.