Parlament yekdilliklə səs verdi: Əli Əsədov Baş nazirdir – İlk açıqlaması…

8 Oktyabr 2019 - 16:12
47 oxunma

Ölkənin yeni Baş naziri vəzifəsinə təsdiqlənib. Reportyor.info xəbər verir ki, bu gün müzakirələrdən sonra prezidentin parlamentə göndərdiyi qərar səsə qoyuldu. 105 nəfər yekdilliklə Əli Əsədovun Baş nazir seçilməsinə səs verdi. Spiker yeni Baş naziri təbrik edərək sözü ona verdi.

Ə.Əsədov deputatların alqış sədaları altında tribunaya qalxdı və ürək sözlərini söylədi. O, ilk öncə ölkə prezidentinə, daha sonra parlamentə təşəkkürünü bildirdi. Həmçinin ölkə iqtisadiyyatının inkişaf səviyyəsi barədə qısa məlumat verdi.

Ölkənin starteji əhəmiyyətli ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb. Ə.Əsədov dedi ki, bu gün əsas problemimiz Qarabağ torpaqlarının azad edilməsidir. O, prezidentin “Qarabağ Azərbaycandır. Nida” bəyanatını da səsləndirdi.

Ə.Əsədov ona göstərilən etimada görə təkrar təşəkkür etdi və prezidentin etimadını layiqincə doğruldacağna söz verdi.

yeni Baş Nazirin çıxışını təqdim edir: 

“Bu gün sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyevə mənə yüksək etimad göstərərək Baş Nazir vəzifəsinə təqdim etdiyinə görə dərin minnətdarlığımı bildirirəm.

Müasir Azərbaycan müstəqillik illərində mürəkkəb və şərəfli yol keçib. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Azərbaycanı böhran vəziyyətindən qurtarıb və real müstəqilliyi əldə edərək inkişaf etdirib. Qazanılan möhtəşəm nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əməyinin nəticəsidir. Bu dövr ərzində ölkəmizdə ümümdaxili məhsul 3.3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi 4.9 faizə enib, ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb.

Eyni zamanda, əhalinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatıb. Prezdentin rəhbərliyi ilə “Azəri-Çıraqlı-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, Cənub Qaz Dəhlizi, “Bakı-Tbilisi-Qars” kimi meqalayihələr gerçəkləşdirilib. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin də inkişafında ciddi nailiyyətlər qazandırır. Qeyri-neft sektorunun ÜDM-i 2.8 dəfə, qeyri-neft sənayesi isə, 2.4 dəfə artıb. Azərbaycan kosmik ailənin üzvü olub. Bu gün ölkənin əsas problemi doğma Qarabağımızın işğaldan azad edilməsidir. Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist çıxışlarına Prezident İlham Əliyev tərəfindən layiqli cavab verilib: “Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır.

Beləliklə Qarabağ Azərbaycandır və nida işarəsi” Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin artırılması Prezidentin gündəlik fəaliyyətinin əsas prioritetlərindədir. Son illərdə ölkədə sosial problemlərin həllində böyük uğurlar əldə edilib, sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun yenidən qurulub, sosial yardım və müavinətlər artırılıb. Uğurlu sosial siyasət siyasət nəticəsində əmək haqqı 2.4 dəfə, pensiya isə 3 dəfə yüksəklib. Ölkə rəhbərliyi vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri, müharubə əlilləri, xüsusi qayğıya ehtiyacı olan şəxslər, o cümlədən məcburi köçkünlər, ahıllar, uşaqlar daim diqqət mərkəzində saxlayır. Bu insanlara Birinci vitse-prezident Mehriban Əliyeva məhəbbət və mərhəmət ilə dolu qayğı göstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır.

Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"