12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Pambıq tarlasında kütləvi zəhərlənmə – cinayət işi başlandı

20 İyun 2018, 09:57
Sosial, Banner
A A
Pambıq tarlasında kütləvi zəhərlənmə – cinayət işi başlandı

Prezidentin tapşırığı ilə nazir və baş prokurorun müavini İmişliyə getdi; icra başçısı deyib ki, fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb; deputatlardan  vəziyyətlə bağlı narahat açıqlamalar

İmişlidə pambıq tarlasında kütləvi zəhərlənmə baş verib. İmişli rayon xəstəxanasının baş həkimi Cəsur Paşayevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, iyunun 19-da   səhər saatlarında 35 nəfərə qədər şəxs xəstəxanaya müraciət edib:

“Onların bir çoxu panik vəziyyətdə bizə müraciət ediblər, sadəcə, zəhərlənə biləcəklərindən qorxublar. Artıq müraciət edənlərin əksəriyyəti evə yola salınıb. Hazırda palatalarda bir neçə xəstə var. Onların da heç birində ciddi zəhərlənmə əlaməti yoxdur”.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə APA-ya deyib ki, o, hadisə ərazisində olub və daha sonra xəstəxanaya baş çəkib: “Mən hazırda xəstəxanadayam. Fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb.

Vilyam Hacıyev ile ilgili görsel sonucu

Yaxınlıqdakı digər sahə dərmanlanıb, həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır, sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib, ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ile ilgili görsel sonucu

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, zəhərlənən şəxslər ürək bulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər: “Hazırda həmin şəxslərdən götürülmüş  analizlər Bakıya,  Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək”.

APA-nın məlumatına görə, kənd təsərrüfatı naziri İnam Kərimov, baş prokurorun birinci müavini Rüstəm Usubov və digər rəsmi şəxslər hadisə yerində olublar. Onlar zəhərlənən fəhlələrə baş çəkiblər.

İmişlidə pambıq sahəsində ile ilgili görsel sonucu

Nazir İnam Kərimov bildirib ki, həm  İmişlidə baş vermiş hadisə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır: “Bu məsələ birbaşa cənab prezidentin nəzarətindədir. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun, Qida Təhlükəsizliyi Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bu rayona ezam olunub”.

Nazir qeyd edib ki, pambıq texniki bitkidir: “ Pambığın ərsəyə gəlməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlər və fermerlərin həm biçində, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Ehtimala görə, bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verə bilər”.

İmişlidə pambıq sahəsində zəhərlənmə ile ilgili görsel sonucu

Nazir onu da qeyd edib ki, bu il iyulun 1-nə qədər fitosanitar sahədə dərman preparatlarının idxalına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, bundan sonra isə Qida Təhlükəsizliyi Dövlət Agentliyi icazə verəcək.

Nazir bildirib ki, zəhərlənən şəxslərin vəziyyəti normaldır: “Çox şükür ki, hər şey qaydasındadır. Xəstələrin vəziyyəti normaldır. Onlar yəqin ki, evlərinə buraxılacaq”.

“Bu hadisələr daha çox, bilgisizlik və peşəkarlıq amili ilə bağlıdır”. Deputat Fazil Mustafa bunları son vaxtlar  Saatlı və Tərtər rayonlarında pambıqçıların pambıq sahələrində kütləvi zəhərlənməsi ilə müşayiət olunan hadisələri şərh edərkən bildirib.

Fazil Mustafa ile ilgili görsel sonucu

Deputatın fikrincə, müəyyən məhsulların yetişdirilməsində insan orqanizminə təsirsiz preparatlardan istifadə olunmalıdır və eyni zamanda onlara problem yaratmamalıdır: “Burada insan amilini nəzərə almadan məhsul yetişdirmək sovet ənənəsinin geri qaytarılmasıdır ki, yolverilməzdir. Həmin zaman keçdi ki, təyyarə ilə sahələrə dərman səpirdilər, camaat da sahələrdə işləyirdi”.

F.Mustafa bildirib ki, indi kapitalist iş üsulu dövrüdür, yeni texnoloji avadanlıqlardan istifadə olunmalıdır.

Deputat hesab edir ki, bu faktlar ciddi araşdırılmalıdır, əks halda isə belə hallar pambıqçılığın inkişafından çox tənəzzülünə əsas ola bilər.

Çingiz Qənizadə ile ilgili görsel sonucu

Milli Məclisin 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatı Çingiz Qənizadə modern.az saytına açıqlamasında bildirib ki, ilkin məlumatlara görə, zəhərlənənlərin sayı təxminən 45 nəfərdir:  “Baş həkimlə əlaqə saxlamışam. Pambıq əkini ilə məşğul olan ”MKT” deyilən bir qurum var. Onların pambıq sahəsində müqavilə ilə işləyən işçilərinin sayı çoxdur. Ehtimal olunur ki, fəhlələr alaq əleyhinə vurulan kimyəvi maddədən zəhərləniblər. Xəstəxanaya təxminən 45 nəfər müraciət edib. Lakin zəhərlənənlərin heç birində ciddi əlamət yoxdur, yüngül ürək bulantısı var. Müraciət edənlərin hamısına sistem köçürülüb və evlərinə buraxılıb. Sadəcə, müəyyən adamlar panikaya düşüblər. Buna baxmayaraq, ehtimal var ki, xəstəxanaya müraciət edənlərin sayı artacaq”.

Deputat Azərbaycanın bir neçə rayonunda bu cür halların ardıcıl baş verməsinə də münasibət bildirib:

“Hesab edirəm ki, ölkəyə gətirilən kimyəvi maddələrin tərkibi ən yüksək səviyyədə araşdırılmalıdır. Onun normadan artıq vurulmasına göstəriş verən hər bir şəxs kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilməlidir. Biz insanlarımızın həyatı, sağlamlığı ilə hansısa pambıq və ya kənd təsərrüfatı məhsulunun xatirinə oynaya bilmərik. Cənab prezident qarşıya məqsəd qoyub, amma kortəbii işlərin görülməsini, Azərbaycan vətəndaşlarının həyatını təhlükəyə qoymağı deməyib! Düşünürəm ki, bu fakta görə dərhal cinayət işi başlanmalıdır. Ölkənin bütün ərazilərindəki pambıq əkilən yerlərdən nümunə götürülərək laboratoriyada analiz olunmalıdır. Analizin cavablarına uyğun olaraq kimyəvi maddəni normativ qaydadan artıq tətbiq edən şəxslər məsuliyyətə cəlb edilməlidir”.

Qeyd edək ki, iki gün əvvəl – iyunun 17-də Tərtər rayonunda pambıq sahəsində işləyən 14 nəfər zəhərlənmə şikayətləri ilə xəstəxanaya müraciət edib. Bundan əvvəl, Saatlıda pambıq sahəsində 21 nəfər zəhərlənib.

ORXAN,

Əvvəlki yazı

İrəvan kritik seçimə sürüklənir – Qərb Paşinyanı küncə sıxır

Sonrakı yazı

Azərbaycanda nişanlı qız özünü videoya çəkib, intihar etdi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.