“Barselona”nın futbolçusu Lionel Messi hazırkı durumu və klubunun çıxışı haqda danışıb.
Reportyor.info-nun yaydığı xəbərə görə, o, zədəsinin bərpası ilə bağlı bunları deyib: “Zədə səbəbindən iki ay buraxdım, bu, nəzərə çarpır. Özümdə yorğunluq və ağırlıq hiss edirəm”.
Argentinalı hücumçu komandasının mövsümə pis başladığını da söyləyib: “Çətinliklə oyun qururuq və qol epizodları yaradırıq. Bu, sadəcə başlanğıcdır, indi yaxşılaşmalıyıq. Artıq vaxtımız yoxdur, bunu bilirik. Bu, komanda işidir. Daha yaxşı olacağımıza şübhəm yoxdur”.