Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə SEÇMƏ

“Öz “siyasi mübarizəsini” söyüş və təhqir üzərində quranlar…” – Əli Həsənov

2018-03-21
in SEÇMƏ
0
“Öz “siyasi mübarizəsini” söyüş və təhqir üzərində quranlar…” – Əli Həsənov
0
Paylaşılıb
13
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov özünün facebook səhifəsində status paylaşıb.Əli Həsənovun yazdığı həmin statusu təqdim edir: “Azərbaycan jurnalistlərinin Vll qurultayındakı çıxışımda və facebook vasitəsilə bir həftə əvvəl paylaşdığım statusda xarici ölkələrdə məskunlaşmış bəzi soydaşlarımızı milli-mənəvi dəyərlərimizə, dövlət simvollarımıza hörmətlə yanaşmağa, yaşadıqları ölkələrin müsbət nümunələrini əxz edərək opponentlərinə qarşı yalan, şantaj, qeyri-etik və qeyri-əxlaqi davranış nümayiş etdirməməyə çağırmışdım. Məqsədim, bir tərəfdən, siyasi mübarizə meydanında son zamanlar bəhs olunan şəxslər tərəfindən başladılmış və getdikcə genişlənən qeyri-əxlaqi mübarizə üsullarını aradan qaldırmaq, digər tərəfdənsə, bu cür hərəkətlərin heç kimə şərəf gətirməyəcəyinə, qeyri-əxlaqi davranış sahiblərinin xalqın nifrətini qazanacaqlarına onları inandırmaq idi.

Bənzər Yazılar

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu

“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş

Mən hər bir insanın mahiyyətində və əxlaqında bir xeyir başlanğıcı olduğuna inanıram və inandırmaq istəyirəm ki, bu və ya digər yad təsirlər, şəxsi və ya siyasi uğursuzluqlar üzündən yaranmış hər hansı kin-küdurət hissi azərbaycanlıların öz dövlətinə düşmən kəsilməsi üçün səbəb ola bilməz. Müraciətim yayılandan sonra daxili müxalifətin, xaricdəki diaspor fəallarının bu polemikaya qatılacağını və indiki qeyri-normal halın aradan qaldırılması yollarının müzakirə ediləcəyini gözləyirdim… Ancaq bu gün dərin təəssüf hissi ilə bildirmək məcburiyyətindəyəm ki, Azərbaycan dövlətinə, hakimiyyətə, ayrı-ayrı şəxslərə, o cümlədən də şəxsən ölkə Prezidentinə və onun köməkçisi kimi mənə qarşı çirkin kampaniya aparan həmin “insanlar” nəinki polemika mədəniyyətlərinin olmadığını, həm də tərbiyə və əxlaq normalarından çox-çox uzaq olduqlarını bir daha nümayiş etdirdilər…

Tam məsuliyyətimlə bəyan edirəm ki, cavabdeh olduğum sahədə çalışan şəxslərin heç biri və heç vaxt öz opponentlərinin şərəf və ləyaqətinə, milli-vətəndaş heysiyyatına toxuna biləcək leksikondan istifadə etməyiblər və belə hərəkətləri həmişə sərt formada qınayıblar. Biz həmişə istənilən şəxs, siyasi qurum və qüvvə ilə istənilən platformada sivil polemikaya açıq olmuşuq və bu ğün də buna hazırıq. Görünür, mədəniyyət, əxlaq, tərbiyə və şərəf barədə anlayışları plintusdan da aşağı səviyyədə olan vidadi isgəndərli, isa sadıqov, elşad abdullayev kimilərdən qısa müddətdə möcüzəli transformasiya gözləmək əbəs imiş…

Bir də təkrar edirəm, insanlar təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda malik olduqları mədəni-mənəvi keyfiyyətlərin dili ilə danışırlar. İnsanın mahiyyəti nədirsə, davranış və leksikonu da elədir… Böyük Füzulinin təbirincə desək, “kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”.

Jurnalistlərin son qurultayında ifadə etdiyim fikri bir daha, bu dəfə ünvanlı şəkildə, mahiyyətcə düşük olanların diqqətinə çatdırıram: özünüzə rəva görmədiyinizi başqasına da etməyin! Ailəsinin şərəfini gözləyən hər bir şəxs başqasının ailəsini də təhqir etməz! Özünə rəva görmədiyi ədəbsiz ifadələri başqası barədə də işlətməz!

Əlbəttə, hazırda dünyanın bir parçası kimi, biz də virtual informasiya mühitində, azad internet və demokratiya şəraitində yaşayırıq. Siyasi mübarizə gedir və bundan sonra da davam edəcəkdir. Sosial şəbəkələrdən qaçmaq mümkün deyil və görünən budur ki, gələcəkdə də qaca bilməyəcəyik. Amma unutmaq olmaz ki, biz azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var. Siyasi mübarizəni də həmin çərçivədə, cəmiyyətimizə, vətəndaşlarımıza utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi dəyərlərimizə uyğun şəkildə aparmalıyıq. Bu gün öz “siyasi mübarizəsini” söyüş və təhqir üzərində quranlar tutduqları yolun nə onların özlərinə, nə də ki, Azərbaycan cəmiyyətinə heç bir faydası olmadığını anlamalıdırlar. Belələri başa düşməlidirlər ki, müxtəlif fərziyyələrni mənim və hakimiyyəti təmsil edən digər şəxslərin adına çıxmaqla, “trollar”, “məqsədli təhqir” və s. bu kimi ifadələr ortaya atmaqla, heç kimə şərəf gətirməyən və sonu heç də yaxşı olmayan işə baş qoşurlar. Onlara bu ziyanlı əməllərdən əl çəkməyi tövsiyə edirəm.

Yenə də jurnalistlərin qurultayında ifadə etdiyim və bəziləri tərəfinədən təhrif olunmuş şəkildə şərh edilən fikrimə qayıtmaq istəyirəm: bu gün Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir. Belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı mübarizəyə sövq edilirlər. Əlbəttə, bu fikri xaricdəki bütün soydaşlarımız haqqında söyləmək olmaz. Avropada yüz mindən çox azərbaycanlı məskunlaşıb, onların 15-20 min nəfəri fəaldır və ölkəmizin maraqlarını həmişə müdafiə edirlər. Hazırda söhbət müxtəlif saxta yollarla Avropada siyasi sığınacaq almış və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan beş-on nəfərdən gedir. Onlar iki əlin barmaqları ilə sayılacaq qədərdir… Mən üzümü məhz onlara tuturam və söyləyirəm:Azərbaycanı söyməklə öz komfortlu yaşayışınızı təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq Vətəninizə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir… Düşünürəm ki, cəmiyyətimiz belələrinə sükutla yanaşmamalı, diasporumuz, media nümayəndələrimiz, ictimai fəallarımız seyrçi mövqe tutmamalıdırlar…

Düşünürəm ki, məskunlaşdıqları ölkələrdə digər çoxminli soydaşlarımızdan nümunə götürərək, bu insanlar öz həyatlarını qanunlar və əxlaq normaları çərçivəsində qursalar, Azərbaycandakı qohum-əqrabaları da onlara görə utanmaz, əksinə, qürur duyarlar….

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Millət vəkillərinin, QHT və KİV rəhbərlərinin işirakı ilə Bakıda “Madalet Başusta-Buludlara dokunmak” kitabının təqdimatı keçrilib

Sonrakı yazı

“İLK QƏRARIM “AQROLİZİNQ”İ LƏĞV ETMƏK OLACAQ…” – Prezidentliyə namizəd (VİDEO)

Sonrakı yazı
“İLK QƏRARIM “AQROLİZİNQ”İ LƏĞV ETMƏK OLACAQ…” – Prezidentliyə namizəd (VİDEO)

“İLK QƏRARIM “AQROLİZİNQ”İ LƏĞV ETMƏK OLACAQ…” – Prezidentliyə namizəd (VİDEO)

5-ci sinif şagirdi tonqalda yanıb- Sumqayıtda

5-ci sinif şagirdi tonqalda yanıb- Sumqayıtda

Məşhur qadınlarımızdan milli geyimdə fotosessiya

Məşhur qadınlarımızdan milli geyimdə fotosessiya

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

2021-03-01
Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

2021-03-01
Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü – VİDEO

Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü – VİDEO

2021-03-01
Əsəd haqda 30 səhifəlik hesabat: işgəncə, təcavüz…

Əsəd haqda 30 səhifəlik hesabat: işgəncə, təcavüz…

2021-03-01
“Elşaddan sonra məhv oldum” – Oksana

“Elşaddan sonra məhv oldum” – Oksana

2021-03-01
Ermənistan referenduma gedir – SON DƏQİQƏ

Ermənistan referenduma gedir – SON DƏQİQƏ

2021-03-01
Matviyenkodan Qarabağ xəbərdarlığı

Matviyenkodan Qarabağ xəbərdarlığı

2021-03-01
Paşinyan xalqından ÜZR İSTƏDİ

Paşinyan xalqından ÜZR İSTƏDİ

2021-03-01
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

2021-03-01
Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

2021-03-01
Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur

Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur

2021-03-01
Afaq Bəşirqızının səhhəti pisləşdi

Afaq Bəşirqızının səhhəti pisləşdi

2021-03-01
3 yaşlı qız 12-ci mərtəbədən kuryerin qucağına düşdü

3 yaşlı qız 12-ci mərtəbədən kuryerin qucağına düşdü

2021-03-01
İcra başçısının bacısı oğlunun vəkili jurnalistlərin məhkəmədə iştirakına etiraz etdi

İcra başçısının bacısı oğlunun vəkili jurnalistlərin məhkəmədə iştirakına etiraz etdi

2021-03-01
İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı açıqlama

İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı açıqlama

2021-03-01
Minaatan batareyaların döyüş atışlı təlimlərindən görüntülər (VİDEO)

Minaatan batareyaların döyüş atışlı təlimlərindən görüntülər (VİDEO)

2021-03-01
“YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir

“YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir

2021-03-01
Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

2021-03-01
Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

2021-03-01
Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

2021-03-01

Seçmə

  • Bütün
  • SEÇMƏ
Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ
SEÇMƏ

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

2021-03-01
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu
SEÇMƏ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu

2021-03-01
“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş
Araşdırma

“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş

2021-03-01
Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı
SEÇMƏ

Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı

2021-03-01
Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?
SEÇMƏ

Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

2021-03-01
Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj
Cəmiyyət

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

2021-02-28
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

2021-03-01
Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

2021-03-01
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.