Ötən gün ərzində 1199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.
Baş Dövlət Yol Polis İdarəsindən Reportyor.info-ya verilən məlumata gör, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi ərazilərdən keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 2189 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.