14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Osman Gündüzün gömrükdə başına nələr gəldi?

09 Yanvar 2020, 11:28
Sosial
A A
Osman Gündüzün gömrükdə başına nələr gəldi?

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Gömrük Keçid məntəqəsində qarşılaşdığı problemlərlə bağlı maraqlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, ötən gün Gürcüstana getmək üçün Balakəndəki Mazımçay sərhəd buraxılış məntəqəsində olub. O. Gündüz heç bir növbənin olmadığını bildirir:

“Sərhədçi girişdə- darvazaların yanında sənədləri yoxlayıb bizi gömrük məntəqəsinə yönləndirdi. Orada isə bir gömrük zabiti mənə yaxınlaşaraq yüksək tonla hara və nə məqsədlə getdiyimi soruşdu.Özümü eşitməzliyə qoyub nə istədiyini bir də soruşdum.

Eyni sual: “Hara və nə məqsədlə gedirsiz?”

Dərhal sual verdim ki, siz kimsiniz ki… Və hansı səlahiyyətlə mənim hara və nə məqsədlə getdiyimi öyrənməlisiniz. Qayıtdı ki, biz hamıdan soruşa bilərik və bizim təlimatlmızda bu var.

İzah etdim ki, siz bəlkə ölkə ərazisinə daxil olanlardan soruşmalısınız hansı məqsədlə ölkəyə gəlmisiniz.

Gömrük zabiti qızararaq təlimatlarında bu cür səlahiyyətlərinin olduğunu bildirdi. Tələb etdim ki, onu mənə göstərsinlər. Lakin sənədi gətirib çıxartmadılar.

Təbii ki, mən imtina etdim, hara və nə məqsədlə getməyim haqqında informasiya vermədim. Ümid edirəm gömrük generalları təlimatı ona başa salacaqlar.

Bir neçə saatdan sonra geri döndükdə isə daha bir qanunsuzluqla və xoşagəlməz situasiya ilə rastlaşdıq. Postda qarmaqarışıq bir situasiya vardı. Biri maşını yoxlamaq istəyir, o biri dirəşir ki, yox əvvəl sənədlərə baxın.

Bu dəfə məlum oldu ki, gömrüyə xas olan məlum bölgənin məlum kəndindən olması açıq-aşkar hiss olunan başqa bir gömrük zabitinin əsas gömrük sənədi olan Nazirlər Kabinetinin məşhur 305 saylı Qərarından ümumiyətlə xəbəri yoxmuş. Zabit bu qaydaların necə tətbiq olunacağını sadəcə bilmirdi.

Elə bu səbəbdən də güman ki, şəxsi məqsədlə qonşu ölkədən hansısa bir ərzaq gətirənlərə xeyli zülm edirmiş. Zabit tam əminliklə vətəndaşlara bildirirdi ki, əgər ayda bircə dəfə 1 kq və ya 10 kq nəsə gətirdinizsə, vəssalam, bu ay ərzində heç nə gətirə bilməzsiniz.

Əvvəlki zabit səhv olduğunu anlasa da bu dəfə ölkəyə girişdə növbədə olan gömrük əməkdaşlarını anlada bilmədik. Orada özbaşına vətəndaş adına sənədləşmə aparılır, vətəndaşın razılığı olmadan başqalarının ərzağı onun adına rəsmiləşdirilir və s.

Müşahidə edirəm ki, adi vətəndaşların şəxsi məqsəd üçün gətirdikləri bütün ərzaqlar skanerdən keçirilir. Dedilər ki, tərəzi olmadığından ərzağın çəkisi skanerdən keçirməklə müəyyən olunur.

Əvvəlki səfərlərimdə qeyd etmişdim ki, islahatlar başlanandan sonra burada bəzi problemlər qalsa da vəziyyət həqiqətən də bir xeyli düzəlmişdi. Bu dəfə rastlaşdığım hallar və müşahidələrim göstərdi ki, bu posta vəziyyət pisliyə doğru xeyli dəyişib. Bilmirəm əməkdaşlara təlim keçirilirmi, yoxsa onlar məqsədyönlü olaraq bunları edirlər. DGK və DSX paralelçiliyi də öz qaydasında davam edir, 2 pəncərə sistemi var. Ümid edirəm DGK rəhbərliyi baş verənlərlərlə bağlı tədbir görəcək”.

O. Gündüz deyib ki, fiziki şəxslər tərəfindən şəxsi məqsədlə ölkəyə gətirilən malların sərhəddən keçirilməsi Qaydaları haqqında NK-nın 305 saylı, olduqca sərt və lazımsız şərtlər irəli sürən qərarının yenidən işlənməsinə ciddi ehtiyac var.

Əvvəlki yazı

ABŞ-İran savaşının şifrələri üzə çıxdı

Sonrakı yazı

İranda daha bir faciə: 20 ölü

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.