Ordumuzun yeni döyüş taktikası İrəvanı SİLKƏLƏDİ – Düşmən TƏCİLİ TOPLANDI

22 İyun 2018 - 20:21
1013 oxunma

Ermənistanda yeni hakimiyyət hərbi aviasiyanı gücləndirmək istiqamətində fəal işə başlayıb.

Publika.az bu ölkənin mediasına istinadən xəbər verir ki, dünən müdafiə naziri David Tonoyan və milli təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Müdafiə Nazirliyinin inzibati kompleksində görüşüb.

Erməni nazirlər hərbi aviasiyanın gücləndirilməsi üzrə proqramların hazırlanmasını müzakirə ediblər.

Ermənistanın hərbi aviasiyanı gücləndirməsi müharibə hazırlığı olaraq qiymətləndirilir. 2016-cı ilin “aprel müharibəsi” zamanı Azərbaycanın hərbi aviasiyası işğalçı ölkəni darmadağın etdi. Bu, ermənilər üçün növbəti dərs idi. Görünür, Paşinyan hakimiyyəti müasir müharibədə ən vacib komponent olan hərbi aviasiyanı qurmaq istəyir.

Paşinyanın Rusiya istehsalı olan Su-30SM təyyarəsində foto çəkdirərək, paylaşması da İrəvanın Sarkisyan dövründə bağlanmış müqaviləyə əsasən ruslardan 12 ədəd bu tipli qırıcını almağı planlaşdırdığını ortaya çıxardı.

“Regnum” agentliyinin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan yaxın 1-2 ildə Rusiyadan böyük partiyada Su-30SM almaq niyyətindədir. Bu təyyarələrin böyük hissəsi Azərbaycanın işğal edilmiş ərazilərindəki erməni hərbi hissələrinə yerləşdiriləcək.

“Su-30SM təyyarələri İrəvanın və Xankəndinin müdafiəsini, həmçinin, hücum imkanlarını gücləndirəcək. Bununla yanaşı, Azərbaycanın strateji neft-qaz infrastrukturunu təhlükə altına qoyacaq”, – deyə ermənipərəst agentlik yazırdı.

“Kommersant” nəşri isə Ermənistana Su-30SM-lərin verilməsinin Azərbaycan tərəfindən narazılıqla qarşılanacağını yazır.

Strategiya və texnologiyaların analizi mərkəzinin eksperti Konstantin Makienko hesab edir ki, Rusiyanın Ermənistana müasir döyüş aviasiya komplekslərinin verməsi Azərbaycanı Qərbdən döyüş təyyarələri almağa sövq edə bilər.

“Belə presedentlər artıq var. Misal üçün, İrəvana “İskəndər” veriləndən sonra Azərbaycan Belarusdan “Polonez” raket sistemlərini aldı. Buna görə də Ermənistana Su-30SM verilirsə, Azərbaycana da Su-35 təyyarələri təklif edilməlidir”, – deyə rusiyalı ekspert təklif edir.

Ermənistanın yeni rəhbərliyi “Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakını” irəli sürməklə sülh istəmədiyini göstərdi. Bu situasiyada Bakı üçün yeganə yol hərbi variantdır. Əslində Naxçıvan istiqamətində 11 min hektar ərazinin işğaldan azad edilməsi Azərbaycanın gözləmə mövqeyində dayanmadığını sübuta yetirir.

“Rosbalt” agentliyi yazır ki, Azərbaycan yeni taktikaya keçir və əraziləri addım-addım azad edir: “Münaqişə zonasında baş verənlər deməyə əsas verir ki, Azərbaycan ərazilərin azad edilməsi ilə bağlı yeni strateji taktikaya keçir”.

Ermənistan mediası yazır ki, Tonoyanla Qriqoryanın görüşü Paşinyanın göstərişi ilə baş tutub və hədəf gələcək müharibədə hərbi aviasiyanı formalaşdırmaqdır.

Göründüyü kimi, sülh danışıqlarını tormozlayan Ermənistan açıq şəkildə müharibəyə hazlırlaşır.

Asif

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"