13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ordumuzun və Bakının işğaldan azad olunmasının 100 illiyi hərbçilərimizlə birlikdə qeyd edildi

12 Sentyabr 2018, 21:29
Cəmiyyət
A A
Ordumuzun və Bakının işğaldan azad olunmasının 100 illiyi hərbçilərimizlə birlikdə qeyd edildi

“Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB və “Xocalı Soyqırımını Tanıtma” İB-nin birgə təşkilatçılığı ilə Respublika Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Bakının erməni hərbi birləşmələri və onların havadarlarının işğalından azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi. Tədbir iştirakçıları öncə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. “Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İB-nin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva tədbir iştirakçılarını salamladı. O, Azərbaycanın Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ərazi bütövlüyümüzün bərpası naminə həyata keçirdiyi mühüm tədbirlərdən danışdı. Əsgər və hərbçilərimizi müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Ordumuzun 100 illiyi, Nuri Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam ordusunun Bakının erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə təbrik edən millət vəkili Qənirə Paşayeva hər bir hərbçiyə Vətənimiz naminə bütün arzularına çatmalarını diləyib. Hər üç önəmli və böyük hadisə ilə bağlı geniş çıxış edən millət vəkili Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq və o gözəl bölgələrimizdə də bu gün Cocuq Mərcanlıda qeyd edə bildiyimiz kimi bayramlarımızı qeyd edəcəyik. Aprel döyüşləri və zəfəri bir daha bütün dünyaya ordumuzun artan gücünü göstərdi. Dostlar sevindi, düşmənlər ciddi təşvişə düşdülər. Ordumuzun daha da inkişafı istiqamətində böyük işlər görülür və inşallah ordumuz bundan da daha güclü olacaq. Sizin Vətənimizi qorumaq istiqamətində ruh yüksəkliyiniz isə xüsusi əhəmiyyət daşıyır. İnşallah torpaqlarımızı işğaldan azad edib, bayramlarımızı əsl bayram kimi bütün torpaqlarımızda sevinclə qeyd edəcəyik. Allah bu yolda dövlətimizə, millətimizə və ordumuza yardımçı olsun!” “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Ana harayı”qəzetinin baş redaktoru, Qarabağ qazisi Şamil Sabiroğlu 1989-1995-ci illərdə cəbhə bölgələrində qarşılaşdığı maraqlı əhvalatlardan danışdı. Şamil Sabiroğlu Bakının düşmən tapdağından azad edilməsinin 100-cü ildönümü ilə əlaqədar Bakı şəhərində Hərbi parad keçiriləcəyini qeyd etdi.
” Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova və Respublika Gəncliyə Yardım Fondunun vitse – prezidenti Salman Əliyev Ordumuzun şəxsi heyətinin 2016-cı ilin aprel döyüşləri zamanı qazandığı uğurdan söhbət açdılar. Millət vəkili Q.Paşayevanın dəvətilə Azərbaycana qonaq gəlmiş Türkiyənin tanınmış müğənnisi Zəfər İşləyən maraqlı musiqi proqramı ilə çıxış etdi. Biz ümummilli lider Heydər Əliyevin dediyi kimi bir millət, iki dövlətik deyən Zəfər İşləyən hər zaman Azərbaycanın, Azərbaycan Ordusunun yanındayıq deyib və bu önəmli günlərdə Azərbaycan əsgər və hərbçiləri ilə görüşməkdən böyük xoşbəxtlik və qürur duyduğunu xüsusi vurğulayıb.
Tədbirin sonunda xidmətdə fərqlənən hərbçilərə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr və Azərbaycan tarixinə dair dəyərli kitablar təqdim olundu.
Bayram tədbirində xanım Qənirə Paşayevanın dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin Kastamonu vilayətinin tələbə-gəncləri, habelə,Qeyri-Hökumət təşkilatlarının fəalları iştirak edirdi.

Advertisements
Əvvəlki yazı

Paşinyan getsin komandasını düzəltsin, sonra Qarabağ tərəfə üzünü döndərib baxa bilsin-Bayram Səfərov

Sonrakı yazı

“Nar”-dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.