Ordumuzun hərbi paradda nümayiş etdirdiyi bu ABŞ hərbi texnikası İrəvanı ŞOKA SALDI-VİDEO

26 İyun 2018 - 12:10
585 oxunma

Azərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ istehsalı Bell-412 helikopterlərinin iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi ilə bağlı xəbərin Ermənistanda müzakirəsi davam edir.

Reportyor.info xəbər verir ki, Ermənistan güclü erməni lobbisinin olduğu ABŞ-ın istehsal etdiyi təyyarənin 907-ci düzəlişə (Azərbaycana silah satılması ilə bağlı qadağa) rəğmən, Bakı tərəfindən əldə edilməsinin sirrini çözə bilmir.

Erməni şərhçi Akop Badalyan yazır ki, Azərbaycan bu helikopterləri Türkiyə, yaxud Səudiyyə Ərəbistanından ala bilər.

“Azərbaycanın nə qədər belə helikopterinin olduğu aydın deyil. Lakin məsələ ondadır ki, Ermənistan ABŞ istehsalı olan bu helikopterlərin hansı ölkə tərəfindən Azərbaycana satılmasını “təqib edə” bilməz. Çünki Ermənistanın müttəfiqi olan Rusiya Azərbaycanla geniş hərbi əməkdaşlıq edir. Bu günlərdə isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü Belarus 300 kilometr hədəfi vura bilən raketləri (“POLONEZ”) Azərbaycana satdı. Bu situasiyada hansısa ölkəni Azərbaycana ABŞ istehsalı olan silahı satdığına görə qınamaq absurddur. Çünki onlar dərhal Ermənistana öz müttəfiqlərinin addımlarını nümunə göstərəcəklər”, – deyə erməni şərhçi qeyd edib.

Erməni politoloq Suren Sarkisyan Bell-412 helikopterlərinin Azərbaycanın Hərbi Hava Qüvvələrinin gücünü daha da artıracağını hesab edir: “Bu helikopterlər təkcə daşıma, yaxud xilasetmə üçün deyil, həm də döyüş şəraitində istifadə edilə biləcək, böyük manevr qabiliyyətinə malik olan mobil texnikadır”.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil olan Bell-412 helikopterlərindən iki vahidi bu gün “Azadlıq” meydanında keçirilən hərbi paradda nümayiş etdiriləcək.

 

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"