Hüquq müdafiəçisi Oqtay Gülalıyevi yolu keçərkən avtomobil vurub.
Reportyor.info xəbər verir ki, bu barədə sosial mediada məlumat verilib. Məlumatda bildirilir ki, hüquq müdafiəçisinə ağır xəsarət dəyməyib.
Bütün bunlara baxmayaraq, o, 1 saylı Təcili Tibbi yardım mərkəzinə yerləşdirilib və müayinədən keçirilib. Hazırda O.Gülalıyev həkimlərin nəzarətindədir. Onun komada olduğu bildirilir.
Vuran avtomobil Hunday Aksent markalı və ağ rəngdə 90 PZ 543 dövlət nömrə nişanlıdır. Avtomobilin sürücüsünün özü də xəstəxanadadır. Sürücü O.Gülalıyevi vurduğu avtomobili ilə xəstəxanaya çatdırıb.
Oqtay Gülalıyevin olduğu iddia edilən videonu təqdim edir. Video sosial şəbəkə istifadəçiləri tərəfindən yayılıb.