14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Operativ Qərargah alternativ yollar düşünməlidir – Deputat

30 İyun 2020, 10:56
Gündəm
A A
Operativ Qərargah alternativ yollar düşünməlidir – Deputat

Koronavirusla mübarizədə cərimələri artırmaqla nəyəsə nail ola bilməyəcəyik. Ona görə ocaqlarda – supermarketlərdə, apteklərdə və ictimai nəqliyyatda (metro və avtobus) nəzarət tədbirləri gücləndirilməlidir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

 

Komitə sədri deyib ki, Operativ Qərargah təcili alternativ yollar barədə düşünməlidir:

“Qaydalara nəzarəti gücləndirməsək, cəriməni 10 qat artırsaq da, nəticəsi olmayacaq. Hər gün deyirik “maska taxın, məsafə saxlayın!”,  bunlara əməl olunmursa, nəzarəti gücləndirməliyik. Hər yoluxma artdıqca, cəriməni qaldırmaqla bir nəticə əldə edə bilməyəcəyik. Operativ Qərargah alternativ yollar düşünməli və bunu ictimaiyyətə təlqin etməlidir. Yoxsa 2-3 aydır eyni şeyləri deyirik, eyni şeyləri eşidirik”.

 

M.Quliyev qeyd edib ki, Operativ Qərargah ölkədə fəaliyyət göstərən market şəbəkələrinin rəhbərliyilə müzakirələr aparmalıdır:

“Onların sayı elə də çox deyil. “Bravo”, “Bolmart”, “Araz”, “Rahat”, “Bazarstore”, “Oba” və s.-nin rəhbərlərilə birlikdə brifinq keçirmək və vəziyyəti izah etmək olar. Ciddi tapşırıq verilməlidir ki, heç kəs supermarketlərə maskasız daxil olmasın. Xüsusilə də öz işçiləri maskasız xidmət göstərməsinlər. Mən öz müşahidələrimə əsasən deyirəm ki, aptek və market işçiləri ya maska taxmır, ya da maska çənənin altındaykən xidmət göstərirlər. Bunlar koronavirusun yayılma ocaqlarıdır”.

Parlamentari onlayn xidmətin artırılmasını təklif edib:

“Epidemiyanın 15-20 günə bitəcəyinə kimsə qarantiya vermir. Ona görə də onlayn sifarişləri artırmaq lazımdır. Lap xidmətin üzərinə də 3-5 faiz qoya bilərlər. Yaxud vətəndaş marketə lazım olan ərzaqların sifarişini verir və o mağazaya gedənə kimi onun sifarişləri hazırlanır. Onlayn ödəmə yaxud kassada ödənişlə ərzaqlarını götürüb çıxır. Bununla da sosial məsafəni kifayət qədər azaltmış olarıq”.

Apteklərə gəlincə, deputat bildirib ki, viruslu xəstələrin ən çox müraciət etdiyi yer buradır:

“Aptekə gedənlər əsasən, xəstələrdir və dərman üçün buraya daxil olurlar. Onların arasında virusun daşıyıcıları, assimptomatik olanlar var. Hansı ki, bilmədən hər birimiz onunla ünsiyyətdə ola bilərik. Yaxşı olar ki, apteklər pəncərədən işləsinlər. Onsuz da yaydır, hava da istidir, aptekin qarşısında ara məsafəsi gözləməklə növbə saxlamaq olar. Yəni təklif edirəm ki, satış aptekin pəncərəsindən həyata keçirilsin.

Bundan başqa, metro və avtobus nəqliyyatının hər birinə bir nəzarətçi qoyulur, yaxud qeyri-hökumət təşkilatlarından kimsə könüllü şəkildə  xidmət göstərir. Avtobusda maskasız sərnişin olduğu halda, hərəkət etmir”.

Əvvəlki yazı

Hadı Rəcəblinin qohumunun 300 minlik qalmaqalı

Sonrakı yazı

Sərt karantin rejimi uzadıla bilər – SƏBƏBLƏR

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.