21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Onu divana uzatdım…” – Bakıda qayınananın kürəkəninə intim təklifinin ŞOK TƏFƏRRÜATI

10 İyul 2018, 19:52
Uncategorized
A A
“Onu divana uzatdım…” – Bakıda qayınananın kürəkəninə intim təklifinin ŞOK TƏFƏRRÜATI

Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Cavid İbrahimovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses iyulun 17-də davam edəcək.

İttihama görə, bu il yanvarın 11-də Yasamal rayonunun “Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü Nigar Namazovanın meyiti tapılıb. Məlum olub ki, Nigar Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.

Qatilin Nigar Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olunmuş kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

Məlum olub ki, Cavad İbrahimov ailə qurduqdan bir müddət sonra spirtli içki içərək ailədə səbəbsiz mübahisə yaratmağa başlayıb. Tüfeyli həyat sürən Cavad İbrahimovun qaynanası Nigar Niftəliyeva ilə problemləri yaranıb.

Təqsirləndirilən şəxs epilepsiya xəstəsi olan qayınanasını dəfələrlə döyüb. Neçə dəfə də Nigar Niftəliyeva huşunu itirib.

Sonuncu dəfə isə Cavad İbrahimov bu il yanvar ayında yaşadıqları Yasamal rayonunda qaynanası Nigar Niftəliyevanı azyaşlı oğlu Camalın göz qarşısında yumruq və təpiklə döyməyə başlayıb.

Aldığı zərbələrdən yerdə qalan Nigar Niftəliyevanı kürəkəni Cavad İbrahimov öldürüb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavad İbrahimov ittiham üzr özünü qismən təqsirli bilib. O qeyd edib ki, qayınanası Nigar Niftəliyevanı öldürmək niyyəti olmayıb.

Onun sözlərinə görə, Nigarın qızı Arzu ilə 2012-ci ildə ailə qurub, həmin nikahdan 3 azyaşlı övladı var: “2005-ci ildən Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şirkətlərində fəhləlik etmişəm. Bir müddət sonra bütün ailəmiz Bakıya gəlib və Yasamal rayonunda kirayədə yaşamışıq. Ailəsi ilə qalan zaman rayondan qaynanam Nigar da bizlə yaşamağa başladı. Qaynanam sakit, heç kimlə problemi olmayan adam idi”.

Cavad İbrahimov qeyd edib ki, həyat yoldaşı Arzu qonşuluqda olan smetan sexində işləyib, ev işlərinə isə qayınanası baxıb: “Evimizdə qaz olmadığından qayınanam hər gün evin yaxınlığında olan zibillikdən odun tapıb evi qızdırırdı. O, evdə darıxdığı üçün odun dalınca getdiyini deyirdi. Yaşlı olduğundan bir neçə dəfə başı gicəllənərək yıxılmış və özünə xəsarət yetirmişdi. Ona görə bir neçə dəfə Nigara odun dalınca getməməsini demişdim”.

Cavad İbrahimov bildirib ki, qayınanası ona əxlaqsız təklif edib. Onun sözlərinə görə, qayınanası Nigar əxlaqsız qadın olduğunu və ona cinsi münasibətdə olmaq istədiyini və seksual hərəkətlər təklif edib: “Buna kəskin etirazımı bildirdim, tənbeh etdim ki, bir daha belə söhbət danışmasın. Yoldaşım evə gələndə anasının mənə təklif etdiyi məsələni dedim. Arzu anası ilə mübahisə elədi, Nigar söz verdi ki, bir də belə hal baş verməyəcək.

Bu söhbətdən 3-4 gün sonra yenidən qaynanam sevişmək istədiyini dedi. Etirazımı bildirib, onu itələdim. Başı divara dəydi. Başının arxasından xəsarət aldı. Yerə yıxıldı. Onu divana uzatdım, paltarlarını çıxartdım ki, rahat olsun. Gördüm, dişlərini qıcayıb. Tez əlimdə dişlərini araladım ki, birdən dilə qatlanar. Həmin vaxt ola bilər ki, güc tətbiq etmişəm. Çənəsinə və damağına xəsarət yetirmişəm”.

Cavad İbrahimov bildirib ki, hadisə ilə bağlı təcili yardım çağırıb, 20 dəqiqə sonra təcili yardım gəlib: “Nigarı müayinə edən zaman məlum oldu ki, artıq ölüb. Mənim onu öldürmək kimi bir niyyətim olmayıb. Bircə onun mənə elədiyi təkliflərdən əsəbiləşib itələmişəm, başı divara dəyib. Onu heç vaxt döyməmişəm”.

Əvvəlki yazı

Elmar Vəliyevin müalicə aldığı iddia olunan klinikadan son məlumatlar – FOTOLAR, VİDEOLAR

Sonrakı yazı

İlham Əliyev 6 sərəncam, 5 fərman imzaladı

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.