“Ən saf adam mənəm. Məndə biclik yoxdur. Adam var ki, sözdən söz tutur. Mən tutmuram, bədbəxtəm”.
Reportyor.info xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Hər şey daxil” verilişində deyib. Sənətçi öz ünvanına təriflər yağdırıb.
“Həcilər özləri elə şəraiti yaradıblar. Sidq ürəklə həmin ziyarətə gedib-gələnlərin adını batırıblar. İndikilər “hacıleyləklərdir”. Heç olmasa oranın adına hörmət etsinlər”.
Qeyd edək ki, şou-biznesdə bir çox müğənni “Həci” adlı şəxslə eşq yaşamasını gündəmə gətirib.