Ombudsman televiziyalarla bağlı müvafiq qurumlara müraciət edib

27 Fevral 2019 - 11:03
87 oxunma

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) daxil olan müraciətlərlə yanaşı, mətbuatda yer alan məlumatlar əsasında da uşaq hüquqlarının pozuntusu ilə bağlı araşdırmalar aparır.

“Report” xəbər verir ki, bu barədə Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.

Bildirilib ki, televiziyada uşaqların psixikasına zərər gətirə biləcək məlumatların qanunla müəyyən olunan vaxtlarda verilməsi və ya xüsusi qeydlərlə göstərilməsi ilə bağlı müvafiq qurumlara müraciət edilib.

Müvəkkil uşaqların kütləvi informasiya vasitələri, internet saytları və digər vasitələrlə əldə etdikləri zərərli məlumatın onların psixoloji inkişafına vurduğu zərərin, KİV-də uşaqların hüquqlarının pozulması hallarının qarşısını almaq məqsədilə media sahəsində mövcud olan qanunlara əlavə və dəyişikliklərin edilməsini təklif edib.

Sənəddə qeyd olunub ki, qanunla ziddiyyətdə olan uşaqların hüquq və maraqlarının müdafiəsi məqsədilə “Yuvenal ədliyyə haqqında” qanunun qəbul edilməsi surətləndirilməlidir.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"