• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Şənbə, 27 Fevral 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

Ölkənin kredit bəlası-Prezident xalqı bu bəladan xilas edəcəkmi

2018-03-05
in Manşet
0
Ölkənin kredit bəlası-Prezident xalqı bu bəladan xilas edəcəkmi
0
Paylaşılıb
7
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Bənzər Yazılar

Şuşada bir dəqiqəlik sükut… – Video

İlham Əliyev: “Hər hansı təhlükə yaranarsa, bizə qardaş Türkiyə arxa duracaq”

Baş prokuror: “Aryutunyan məsuliyyətə cəlb olunacaq”

Ölkə telekanalları guya bankların insafa gələrək vətəndaşlara daha əlverişli şərtlərlə kredit təklif etdiklərini tirajlayaraq yeni – yeni qurbanlıq axtarışına çıxıb. İddia edilir ki, əvvəllər müştərilərə təklif edilən (istehlak kreditindən tutmuş sahibkarlıq subyektlərinə verilən irihəcmli kreditlərədək) 28-35 faizlik kreditlərin faizi xeyli aşağı salınıb və artıq 22 faizə də banklardan kredit götürmək mümkündür. Telekanallar bunu az qala muştuluq kimi tamaşaçıya sırısalar da onu da etiraf edirlər ki, bankaların yumşalmasına əsas səbəb kredit üçün onlara edilən müraciətlərin kəskin şəkildə azalmasıdır və buna görə də banklar məcburiyyətdən digər banklarla rəqabətə gedərək müştəri cəlb etmək üçün aşağı faizlər təklif edirlər.
Amma təbii ki, nəinki iqtisadçı ekspertlər və bank sahəsi üzrə tanınmış mütəxəssislər, hətta sıravi məmləkət insanının yeddidən yetmişədək hamısı ölkənin bank sektorunun hələ də qara zolaqdan çıxmadığını bilir və gündəlik həyatında bunu hiss edir. Sual olunur, bank sektorunu cənginə almış və sarmaşıq kimi milyonlarla vətəndaşımızın boğazına dolanaraq onu hər gün sıxan vaxtı keçmiş kreditlər məsələsi nə zaman çözüləcək? Axı bu problemin çözülməsi üçün bir neçə il əvvəl adı cingiltili səslənən dürlü-dürlü qurumlar təsis edildi və təyinatlar gerçəkləşdirildi. Əgər bütün bu tədbirlərin heç bir faydası olmayacaqdısa onu yaratmağa gərək vardımı və əgər bütün bu həngamələrdən sonra da bank sektorunda sular hələ də durulmayıbsa və yaxın gələcəkdə durulacağına da kimsənin ümidi qalmayıbsa, o zaman buna kimsə cavab verməli deyilmi? Özü də cabab verəcək səlahiyyət sahibləri və təyinat almış şəxslərdən haqq – hesab sorulması tam ədalətli olar və bu heç bir halda günah keçisi axtarmaq kimi yozula bilməz. Çünki ortada ölkə rəhbərinin iradəsi varsa və o etibar edib kimlərəsə bu problemin həllini həvalə edibsə, bu şəxslər də ya zəlzələdən, ya vəlvələdən bu etimadı doğrulda bilməyiblərsə, demək ya özləri istefa ərizələrini üzüsulu təqdim etməli, ya da başqa cəzalandırma metodu ilə görəvlərindən alınmalıdırlar. Təbii ki, Azərbaycanda hələ istefa mədəniyyəti formalaşmayıb və barmaqla sayıla biləcək istisnalarla heç bir məmur dədəsindən qalma əmanətlə dəyişik saldğı kreslosunu könüllü təhvil verməyib və bu minvalla hələ yaxın onillikdə belə bir mədəniyyət nümunəsi göstərən məmuru görmək məmləkət insanına nəsib olan xoşbəxtlik deyil…
Cəmisi 40 gündən sonra ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək və hətta İlham Əliyevin reytinqi 99, 9 faiz olsa belə, hətta onun seçkiqabağı təbliğat-təşviqata zərrə qədər ehtiyacı olmasa belə, hər bir komanda üzvünün, illah da həmin komanda üzvünə milyonların deyil, milyardların taleyi həvalə olunubsa, onun borcudur ki, qolunu çırmayaraq bu işə öz töhfəsini versin. Məmurun İlham Əliyevə verə biləcəyi töhfə nə ola bilər? Təbii ki, dövlətdən və hakimiyyətdən narazı olan elektoratın könlünü almaq və bu və ya digər səbəbdən İlham Əliyevdən incik salınmış on minlərin, yüz minlərin problemlərinin həllinə kişiyana girişmək. Əgər milyonlarla kredit borcu olan vətəndaşdan söhbət gedirsə, o zaman  bank sektoruna rəhbərlik edən məmurların tutaq ki, fövqəladə hallar və ya ekologiya və təbii sərvətlər nazirindən daha çox imkanı var ki, İlham Əliyevin gerçəkdən yekdilliklə dövlət başçısı seçilməsi üçün bacarığını ləyaqətlə, namusla ortaya qoysun.
Amma biz nəyi müşahidə edirik? Bu sahəni nəzarətdə saxlamalı olan qurumların özlərinə nəzarət etmək üçün daha bir strukturun yaradılması zərurətini. Elə götürək Maliyyə Bazarlarına Nəzarət Palatasını. Bu palata yarandığı gündən bu günədək maliyyə bazarlarına lazimi qaydada nəzarət edə bildimi? Tərəddüd etmədən iddia etmək olar ki, yox. Əksinə, hər vəchlə bu sektorda vahimə və çaşqınlıq yaradılması istiqamətində şeşidli ssenarilər həyata keçirildi və nəticədə bir neçə bank sıradan çıxarıldı, milyonlarla vətəndaş banklarla sonu görünməyən münaqişələrə, çəkişmələrə sürükləndi. Palatanın iddialı rəhbəri Rüfət Aslanlı işə başlar-başlamaz atdığı bəzi addımlarla hakim komanda daxilində və cəmiyyətdə qınaq hədəfəinə çevrildi. Bu azmış kimi onun fəaliyyətindən narazılıq o həddə çatdı ki, ötən ilin yayında prezidentin masasının üstünə növbəti bir sərəncam hazırlanıb qoyuldu və Palatadakı bütün səlahiyyətlər qurumun icraçı direktoru İbrahim Alışova həvalə edildi. Sonuncunun da bank sektorunda kifayət qədər tanınan və peşəkarlığı ilə seçilən bir şəxs olmadığı, ən azından cəmiyyətdə kifayət qədər tanınmadığı da öz sözünü dedi və son nəticədə vəziyyətin ən azı qənaətbəxş olmaması heç də hər şeyin yerində olmadığının bariz sübutu ola bilər.
Əlbəttə, heç kimə sirr deyil ki, bank sektorunun başının üzərini almış kabusu dağıtmaq bütövlükdə bu sektora nəzarət edən səlahiyyət sahiblərinə müyəssər olan məsələ deyil. Amma eyni zamanda o da etiraf olunmalıdır ki, dövlət başçısı səviyyəsində taleyüklü qərarların qəbulu üçün məhz münbit zəmin hazırlamaq və prezidenti buna inandırmaq bu sahəyə nəzarət edən və ya etməli olan mötəbər şəxlərin borcu və birbaşa vəzifəsi idi. Amma görünür, kimsə dövlət başçısını inandıracaq arqumentlərə sahib ola bilməyib və  bununla da milyonlarla kredit borclularının intizarla gözlədiyi “amnistiya” qərarı hələ də çıxmayıb.
Əvəzində iş o yerə çatıb ki, palatadakı son iclaslar da məhz İbrahim Alışovun rəhbərliyi altında keçirilib və ümumiyyətlə Rüfət Aslanlının bu iclaslarda iştirak edib-etmədiyi barədə məlumatların da sanki gizli saxlanılmasına üstünlük verildiyindən ictimaiyyətə bu barədə hər hansı məlumat, yaxud fotosübut təqdim edilməyib. Sual olunur, Rüfət Aslanlı nədən inciyib-küsüb ki, iclaslara qatılmır? Yaxud onu rəhbəri olduğu qurumda niyə belə ofsayt vəziyyətinə salıblar və o bu aqibətlə barışıbmı? Barışmaıyıbsa nəyi gözləyir? Ola bilsin ki, sabah Rüfət Aslanlı başqa bir dövlət strukturunda yüksək vəzifəyə, ən azından tutaq ki, vergilər nazirinin müavini postuna iddia etsin. Niyə də yox? Amma inandırıcı olmayan odur ki, o rəhbərlik etdiyi qısa zamanda təkcə kredit bataqlığında çabalayan yüz minlərlə sadə insanlar arasında deyil, hakim komanda da özünə xeyli düşmən qazanmağa macal tapıb. Ona görə də Rüfət Aslanlının ulduzunun növbəti dəfə parıldayacağı inandırıcı deyil.
Daha bir müəmmalı məqam Rüfət Aslanlının yaxın silahdaşı, Əmanətlərin Sığortalanması Fondunun sabiq icraçı direktoru Azad Cavadovla bağlıdır. Azad Cavadovun da bir zamanlar məhz himayədarı hesabına qılıncının hər iki ağzı kəsirdi və qarşısına çıxan hər kəsi doğramaq iqtidarında idi. Sonradan rəqibləri onu himayədarsız qoyduqları kimi qılıncı da əlindən ustalıqla aldılar və bu azmış kimi fəaliyyətinin təftiş edilməsi üçün hüquq mühafizə orqanlarına göndərildiyi barədə məlumatlar dövriyyəyə buraxıldı. Amma sonradan onun aqibəti barədə ictimaiyyətə hər hansı məlumat verilmədi və bu səssizlik ola bilsin prezident seçkilərindən sonra pozulsun. Təbii ki, onun fəaliyyəti gerçəkdən yoxlaınlmış olsa belə nümayişkaranə şəkildə cəzalandırılacağı o dərəcədə inadırıcı görsənmir, amma onun da sabah hansısa maliyyə-bank sektorunda diqqətçəkən post tuta biləcəyi ağılabatn deyil. Hər halda bank sektorunda çoxqatlı müəmma davam edir və ümid edək ki, seçkilərdən sonra bu məsələdə gerçəkdən sular durulacaq və nəhayət, bank-maliyyə sektoruna cavabdeh olan səlahiyyət sahibləri tərəfindən kreditlərin hansısa formada bağışlanılması üçün prezidentin masasının üstünə imzalaması üçün qanunlara və Allaha xoş gedən bir sərəncamın layihəsi qoyulacaq…
PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Siyasi mühacirin atasının məzarı təhqir olundu

Sonrakı yazı

Həddən artıq sekslə məşğul olmaq xəstəlik imiş- ARAŞDIRMA

Sonrakı yazı
Həddən artıq sekslə məşğul olmaq xəstəlik imiş- ARAŞDIRMA

Həddən artıq sekslə məşğul olmaq xəstəlik imiş- ARAŞDIRMA

Erməni mənə zəng vurdu ki,gəl sənə ev verək- Abşeron “kraliça”sı əlili erməniyə mohtac elədi-VİDEO

Erməni mənə zəng vurdu ki,gəl sənə ev verək- Abşeron “kraliça”sı əlili erməniyə mohtac elədi-VİDEO

Moskva nitqi: Putin son kartını açdı və… – Son savaş başladı

Moskva nitqi: Putin son kartını açdı və... - Son savaş başladı

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Şuşada bir dəqiqəlik sükut… – Video

Şuşada bir dəqiqəlik sükut… – Video

2021-02-26
Polkovnik Elxan İbrahimov vəzifəsindən azad edildi

Polkovnik Elxan İbrahimov vəzifəsindən azad edildi

2021-02-26
“AZAL xalqı talan edir, qazanan Cahangir Əsgərovdur” – İttiham

“AZAL xalqı talan edir, qazanan Cahangir Əsgərovdur” – İttiham

2021-02-26
İlham Əliyev: “Hər hansı təhlükə yaranarsa, bizə qardaş Türkiyə arxa duracaq”

İlham Əliyev: “Hər hansı təhlükə yaranarsa, bizə qardaş Türkiyə arxa duracaq”

2021-02-26
Baş prokuror: “Aryutunyan məsuliyyətə cəlb olunacaq”

Baş prokuror: “Aryutunyan məsuliyyətə cəlb olunacaq”

2021-02-26
“Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac qalmır” – Prezident

“Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac qalmır” – Prezident

2021-02-26
Cazibədar aktrisa hamilədir – Fotolar

Cazibədar aktrisa hamilədir – Fotolar

2021-02-26
Əli Kərimlinin müavini sərbəst buraxıldı – DİN

Əli Kərimlinin müavini sərbəst buraxıldı – DİN

2021-02-26
Prezidentin köməkçisin sərt karantin açıqlaması

Prezidentin köməkçisin sərt karantin açıqlaması

2021-02-26
Prezident: “Azərbaycanın içində hər hansı təhlükə yoxdur”

Prezident: “Azərbaycanın içində hər hansı təhlükə yoxdur”

2021-02-26
Məşhur şahmatçı Ermənistandan gedir – hökumətə etiraz

Məşhur şahmatçı Ermənistandan gedir – hökumətə etiraz

2021-02-26
Putin Təhlükəsizlik Şurasını topladı: sülhməramlıların müzakirəsi…

Putin Təhlükəsizlik Şurasını topladı: sülhməramlıların müzakirəsi…

2021-02-26
Erməni general Arutyunyanı döydü

Erməni general Arutyunyanı döydü

2021-02-26
İlham Əliyev Rusiya sülhməramlılarını tənqid etdi

İlham Əliyev Rusiya sülhməramlılarını tənqid etdi

2021-02-26
Kreml: Ermənistandakı hadisələr Qarabağla bağlı razılaşmanın icrasına təsir göstərməyib

Kreml: Ermənistandakı hadisələr Qarabağla bağlı razılaşmanın icrasına təsir göstərməyib

2021-02-26
Təhsil Şöbəsinin müdiri karantin qaydalarını pozdu

Təhsil Şöbəsinin müdiri karantin qaydalarını pozdu

2021-02-26
Prezidentin mətbuat konfransında İranlı jurnalist özünü pis vəziyyətə saldı

Prezidentin mətbuat konfransında İranlı jurnalist özünü pis vəziyyətə saldı

2021-02-26
“Erməni qadın otağa girib ləçər ədası ilə…“ – Flora Kərimova

“Erməni qadın otağa girib ləçər ədası ilə…“ – Flora Kərimova

2021-02-26
Bakıda güclü külək əsəcək

Bakıda güclü külək əsəcək

2021-02-26
Ərdoğandan Xocalı paylaşımı: “İllər keçsə də acısını unutmayacağımız…”

Ərdoğandan Xocalı paylaşımı: “İllər keçsə də acısını unutmayacağımız…”

2021-02-26

Seçmə

  • Bütün
  • SEÇMƏ
Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu
SEÇMƏ

Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu

2021-02-26
“Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır” – İtaliyalı jurnalist
SEÇMƏ

“Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır” – İtaliyalı jurnalist

2021-02-26
Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı
Manşet

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

2021-02-25
Cəbrayılda mülki şəxs minaya düşdü
SEÇMƏ

Cəbrayılda mülki şəxs minaya düşdü

2021-02-25
“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi
SEÇMƏ

“Azərişıq” baş həkimə 2 milyonluq tender verdi

2021-02-25
DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi
Rəsmi

DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi

2021-02-25
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Şuşada bir dəqiqəlik sükut… – Video

Şuşada bir dəqiqəlik sükut… – Video

2021-02-26
Polkovnik Elxan İbrahimov vəzifəsindən azad edildi

Polkovnik Elxan İbrahimov vəzifəsindən azad edildi

2021-02-26
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.