20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ölkədə enerji fəlakəti və Elmar Vəliyevə sui-qəsddə terror izləri – Sensasiya!!!

04 İyul 2018, 06:03
Cəmiyyət, Araşdırma
A A
Ölkədə enerji fəlakəti və Elmar Vəliyevə sui-qəsddə terror izləri – Sensasiya!!!

İki gündür ki, ölkənin enerji təsərrüfatı iflic olub. Mingəçevir İES-də bir blokda olan partlayış və yanğın respublikanı işıqsız qoymaqdadır.
İqtisadçılar ölkənin enerji təminatının bir blokdan asılı qalmasını və alternativ enerji mənbələrinin olmamasını tənqid edirlər.
Anaxeber.Az yazır ki, ötən axşam da Bakı və bölgələr işıqsız qaldı, qatarlar, metro, təyyarələr, strateji müəssisələr fəaliyyətini dayandırdı.
Bu dəhşətli istilərlə yanaşı işıqların sönməsi ölkədə tam bir fövqəladə hal yaratmışdı. Əhali metro vaqonlarında, qatarlarda qaldı, yollarda avtobus, taksi tapmaq çətinləşdi.
Təcili tibbi yardım maşınları vaxtında məntəqələrə, mənzillərə özünü çatdıra bilmirdi, xüsusən də dözülməz isti hava şəraiti su problemi yaratmışdı.
Liftlərdə qalanlar, halı pisləşənlər, generatoru olmayan xəstəxanalarda vəziyyəti ağırlaşanlar…
Ümumilikdə “Azərenerji” ASC-nin və Fövqəladə Hallar Nazirliyinin yarıtmaz fəaliyyəti nəticəsində ölkə 2 gündür ki, fəlakət yaşayır.
Bu gün eyni problemin olacağı istisna edilmir. Amma diqqət çəkən məqamlardan biri metro qarşısında vətəndaşlara su paylayan şəxslərin fotolarının sosial şəbəkələrə çıxmasıdır.
Bu vətəndaş aksiyası başlamazdan əvvəl FHN həmin humanitar yardımı zamanında etməliydi. İnsafən, polis şəhərdə işıqlar sönən kimi səfərbər olundu, nəqliyyatın hərəkəti tam nizamlandı, amma FHN öz əsgərlərini metro, marşrut dayanacaqlarına cəlb etmədi ki, su və digər ehtiyaclarla bağlı yardım olunsun.

Əvəzində isə FHN rəhbəri Kamaləddin Heydərov əhalinin panikaya düşməməyə çağırır. Faktiki isə respublikada “işıq terroru” yaşanıb.
Və bu hadisənin birbaşa məsuliyyətini daşıyan “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyev də K.Heydərovdan geri qalmayaraq açıqlamasında bildirir ki, qəzaya səbəb anomal hava şəraitidir, bizim günahımız yoxdur.
Amma sual edilmir ki, dövlət büdcəsindən sözügedən ASC-yə nə az, nə çox 1 milyarda vəsait ayrılıb. Bu maliyyə yarımstansiyaların gücləndirilməsinə, əlavə olunmasına nəzərdə tutulub.
Amma Pirverdiyevin pulsilən korrupsiya maşını dövlətin vəsaitini elə talan edib ki, bu hazırlıqlar görülməyib. Nəticədə gözlənilən qəza baş verib və ölkədə enerji fəlakəti yaşanır.
Bu isə öz növbəsində birmənalı olaraq Pirverdiyevin vəzifədən çıxarılmasını zəruri edir. Digər tərəfdən, 1 milyard vəsaitin hara xərclənməsi təftiş olunmalı, Mingəçevir İES-dəki partlayışlara görə məsuliyyət daşıyanlar barəsində cinayət işi açılmalıdır.
Çünki ölkənin iki gün zülmət qaranlığa qərq olması məhz korrupsiya və yarıtmaz idarəçiliyin nəticəsidir. Ona görə yayın istisində xalq yollarda, metrolarda qalıb.
Anaxeber.Az yazır ki, ölkədə enerji fəlakətinin yaşanmasına təxribati izinin olması da istisna edilmir. Çünki bir blokda baş verən qəzaya görə bütövlükdə Azərbaycan işıqsız qala bilməzdi.
Üstəlik, eyni tarixdə Gəncə meri Elmar Vəliyevin Rusiya vətəndaşı tərəfindən güllələnməsi müəmmalı hadisələrin baş verdiyini göstərir.
Faktiki olaraq E.Vəliyevə sui-qəsd olunub, Gəncə və Mingəçevir kimi strateji əhəmiyyətli şəhərlərdə ardıcıl olaraq hadisələr yaşanır. Hökumət isə panikaya düşməməyə çağırır.

Amma real mənzərə budur ki, ciddi milli təhlükəsizlik problemi var və hansısa gizli qüvvələr Azərbaycana qarşı cəza ekspedisiyasını işə salıb.
Bu hadisələrin bir-biri ilə əlaqəli olduğu mülahizəsini yürüdən ekspertlər feysbukda yazırlar ki, hansısa təzyiq-təxribat başladığı istisna deyil.
Məhz Mingəçevir və Gəncə kimi strateji şəhərlərdə baş vermiş hadisələr təxribat ehtimallarını yüksəldir.
Çünki Rusiya vətəndaşı olan birinin E.Vəliyevlə hansı düşmənçiliyi ola bilər? Görünür ki, sifariş sərhədlərin kənarından gəlib.
Qeyd edək ki, 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Bu barədə Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi xidmətinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.
Anaxeber.Az
Turan

Əvvəlki yazı

Prezident enerji qəzasını araşdırmağı xüsusi komissiyaya tapşırdı

Sonrakı yazı

Azərbaycan Ermənistana “əzələ” nümayiş etdirir:Bakı silahlanma qovğasında İrəvanı xeyli geridə qoyub – Təhlil

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.