16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Öküz ilinin dəbləri – makiyajdan uzaq durun

09 Yanvar 2021, 19:07
Araşdırma
A A
Öküz ilinin dəbləri – makiyajdan uzaq durun

Karantinli, müharibəli və uzun illərdən sonra qələbə sevincli 2020-ci il bitdi, Siçan ili öz yerini Öküz ilinə təhvil verdi. İl dəyişəndə hər kəsi, xüsusən də qadınları maraqlandıran suallardan biri də budur: “Bu il hansı rənglər dəbdə olacaq?”
Modelyer-dizayner Şəlalə Maqsudova bu ilin dəb yenilikləri barədə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, 2020-ci ildə favorit olan qara, göy, qırmızı rəngləri 2021-ci ildə öz yerini torpaq çalarları və çəhrayı rəngə verir. Həm üst geyimlərində, həm də gündəlik geyimlərdə bu rənglərə üstünlük veriləcək.
Modelyerin dediyinə görə, bütün illərdə olduğu kimi, bu il də klassik rənglər öz aktuallığını qoruyub saxlayacaq. Şəlalə xanım ayaqqabılarda da yeniliklərin olacağını söyləyib:
“Ağ-qara rənglər hər zaman klassika olaraq qalacaq. Artıq bir rəngdən ibarət olan çəkmələri biz bu mövsümdə görməyəcəyik. İki rəng çalarından hazırlanmış, üstü zəncirli, parlaq broşlar, parlaq kəmərlərlə bəzədilmiş orta ölçülü, enlidaban dəri çəkmələr 2021-ci ilin qış kolleksiyasına daxil olacaq”.
Ötən əsrin geyimləri zaman-zaman geriyə qayıdır. Bəs görəsən, bu il də həmin tendensiya davam edəcəkmi?
“Biz keçmişimizə nəzər salsaq, görərik ki, indi dəbə minən bütün geyimlərimiz ötən qərinələrdən qaynaqlanır. Hal-hazırda 2021-ci ilin dəbi olan yun, trikotaj, moxer tipli parçalardan hazırlanmış boş, tökülən geyimlər əlli il əvvəl dəbdə idi. Dizdən aşağı yarımtrapes biçilmiş boş yubkalar, yundan hazırlanmış, bədən ölçüsündən bir az artıq olan boş jaketlər üzümüzə gələn il dəbdə olacaq. Üst geyimlərindən kəmərli, dizə qədər paltolar üstünlük təşkil edəcək. Çiyinləri aşağı, boş biçilmiş, dizdən olan frençlər bizi ötən əsrin 70-ci illərinə qaytaracaq”.
“Bəzən baxırıq, xanımlar uzun paltonun altından uzun don geyinirlər. Bu, yolverilməzdir. Uzun palto ilə mütləq qısa ətək, qısa don və ya şalvar geymək lazımdır. Çünki üst geyim ilk gözə dəyən olur, onun altından elə paltar seçmək lazımdır ki, kənardan gülünc görünməsin. Adətən qadınlar bu kimi şeylərə fikir vermirlər. Nəticədə isə gülünc mənzərə yaranır”, – deyə modelyer əlavə edib.
Şəlalə xanım qadınları mümkün qədər kosmetik vasitələrdən uzaq olmağa çağırıb:
“Yaxşı olar ki, qadınlar makiyajdan az istifadə etsinlər. Mən özüm də adi günlərdə makiyajdan istifadə etmirəm. Sadəcə nəmləndiricilər bəs edir. Xanımlara tövsiyə edirəm ki, makiyajdan uzaq dursunlar”.
Onun sözlərinə görə, bəzən qadınlar mavi rəngli geyimə uyğun həmin rəngdə makiyaj edirlər. Bu, onların dəbi izləməməsindən irəli gəlir. Bundan qaçmaq lazımdır. Artıq bu tendensiya geridə qalıb:
“Ümumiyyətlə, son illər makiyajda tünd rənglərə üstünlük verilmir. Qadınlara tövsiyə edirəm ki, açıq rəng tonlarından istifadə etsinlər. Xarici ölkələrin dəb yenilikləri ilə maraqlanan xanımlarımız görə bilərlər ki, artıq dünyada da makiyajda tünd rəng çalarları qəbul olunmur. Stilistlər də, modelyerlər də qadınlarımıza ağır makiyajdan uzaq durmağı məsləhət görürlər”.
Mütəxəssis xanım qadınların vazkeçilməz aksesuarlarından olan çantaların dəbindən da danışıb: “Dəridən hazırlanmış, ayaqqabıda olduğu kimi, üstü zəncirli, broşlu, eyni zamanda böyük və orta ölçülü çantalar bu il dəbdə olacaq”.
Bəzən xanımlar geyimlərində rənglərə uyğun makiyajdan və aksesuardan istifadə edirlər. Modelyer qeyd edir ki, bu, tam yanlışdır: “Xatırlayırsınızsa, 2010-cu ildə sarı rəng dəbdə idi. Bakı sarıya bürünmüşdü. Qadınlar çantalarını, geyimlərini, ayaqqabılarını, hətta dırnaqlarını da sarı rəngə boyayırdılar. Bu, çox yorucudur. Ayaqqabın qırmızıdırsa, bu o demək deyil ki, dırnaqların da qırmızı olmalıdır. Başqa rəng çalarından istifadə etmək olar. Yaxşı olar ki, rəngləri sintez eləsinlər”.
Əvvəlki yazı

Azərbaycanda son sutkada koronavirusun statistikası

Sonrakı yazı

Hərbi vəzifəli əsgər intihar etdi (FOTO)

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.