“Oba” marketləri yükləri mağazaya niyə satıcı xanımlara daşıtdırır?

12 İyul 2019 - 01:24
473 oxunma

Son bir neçə il ərzində fəaliyyəti Respublikada sürətlə yayılan “Oba” marketlər şəbəkəsində maraqlı iş metodu üzə çıxıb. Sözügedən şəbəkənin marketlərinə mallar şirkətə məxsus xüsusi avtomobillərlə çatdırılır. Ekspeditorların vəzifəsi məhsulları mağazanın qabağına boşaldıb, getməkdən ibarətdir. Malların mağazaya daşınıb, yerləşdirilməsi ilə bağlı məsuliyyət isə mağazada fəaliyyət göstərən personalın üzərinə düşür. “Oba”nın fəaliyyət göstərdiyi elə məhəllə marketləri var ki, orda cəmi iki xanım əməkdaş çalışır. Məsələn, Keşlə qəsəbəsi “Avromed” dərman firmasının mərkəzi ofisinə doğru gedən yoldakı mağaza və başqaları. Əməkdaşlarımız isti yay günlərində sözügedən mağazalarda xanım əməkdaşların necə əziyyətlə malları mağazaya daşıdığının şahidi olublar. Maraqlandıqda məlum olub ki, mağazada bunun üçün ştat nəzərdə tutulmur. Yüklərin mağazaya daşınması satıcıların məsuliyyət dairəsinə aiddir. Yaxşı olardı ki, “Oba” rəhbərliyi bu halla bağlı bir ölçü götürsün. Yoxsa ehtiyac ucbatından mağazada satıcı kimi fəaliyyət göstərən gənc xanımların həm də isti havada ağır yükləri mağazaya daşıması heç də insafdan deyil.

Çinarə SEYİDOVA,

Azinforum.az

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"