07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“O MÜŞAVİRƏDƏ YATAN TƏKCƏ MƏN İDİM?…” – “Kim mənim ailəmə bir “buxanka” çörək verəcəkdi?”

17 Dekabr 2018, 13:27
Gündəm, Cəmiyyət
A A
“O MÜŞAVİRƏDƏ YATAN TƏKCƏ MƏN İDİM?…” – “Kim mənim ailəmə bir “buxanka” çörək verəcəkdi?”

“1992-ci ildə mənim iki qardaşım mayın 8-də Şuşadan çıxıb. Bu, həqiqətdir, camaat da bilir. Bacım da ayın 8-də orda olub. Hətta mənim kiçik qardaşım mənə sonra dedi ki, istədim bacımı – adı Sərfinazdır – güllələyim, erməniyə əsir düşməsin. Allaha and olsun, belə dedi. Kiçik qardaşım həmin gün qalmışdı, o biri qardaşım Kamil gəlmişdi. Mən onu çox danladım ki, sən nə təhər onu qoyub gəlmisən?”

“AzPolitika.info”nun məlumatına görə, bunları Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov “Yeni Müsavat”a müsahibəsində Şuşanı işğal günündən xeyli əvvəl tərk etməsi ilə bağlı suala cavabında bildirib.

Şuşanı işğal günündən 4-5 gün əvvəl tərk etdiyini B.Səfərov bu yaxınlarda etiraf etmişdi. O, yerli mediaya müsahibəsində bildirmişdi ki, mayın 6-da Bərdədə bir dostunun qardaşının il mərasimində iştirak etmək üçün Şuşanı tərk edib və geri qayıtmayıb.

İcra başçısı onu qorxaqlıqda ittiham edənlərə belə cavab verib: “Yaxşı, lap Bayram Səfərovun bütün yeddi arxa dönəni hamısı sinəsini versin erməninin gülləsinin qabağına ki, “gəl, güllələ!” Mənim erməninin qarşısına çıxmağa silahım, sursatım, əsgərim, köməyim yox, mən orda qalmaqla orda nə edəcəkdim? Rusiya ordan, Ermənistan burdan. Adicə düşünəndə adam dəhşətə gəlir. Lap məni orda güllələyəydilər, indi sözlərimi pis yozanlar var e, onların hansısa biri mənim ailəmə bir “buxanka” çörək verəcəkdi? Qeyrəti olan oğlan elə düşünməz! Mən xalqımı və torpağımı heç kimdən az istəmirəm. Torpağını, millətini, dövlətini çox istəyən adamlarla da yarışa girirəm. Bütün həyatım boyu xalqıma xidmət eləmişəm, özü də təmiz, kişi kimi!”

B.Səfərov Prezidentin keçirdiyi müşavirədə yatması məsələsi haqda da danışıb. İcra başçısı bu hadisənin ictimailəşməsinə görə jurnalistləri və onları həmin tədbirə buraxanları günahlandırıb. “Yəqin ki, maraqlı adamlar var. Həm də ola bilər məndən xoşu gəlməyən operator, ya hansısa jurnalist çəkib yayır. Elə möhtəşəm məclisdən o cür görüntü yayan jurnalist, lap elə onları ora buraxanlar da günahkardır”.

B.Səfərov müşavirədə həqiqətən yatıb-yatmadığını isə bilmir: “Deyə bilmərəm. Allaha and olsun, bilmirəm o anda yatmışam, ya yox… (gülür) Orda projektorlar çox güclü idi, gözümə düşürdü. Mən ya əlimi gözümün üstünə qoyurdum, ya da gözümü yumurdum. Təbii ki, olmamalıydı. Amma onu o cür işıqlandırmaq… Həmin adamın qanı təmiz deyil. Ani yuxu hamıda ola bilər. Özü də orda tək mən yatmamışdım ki. Məndən başqa o qədər yatanlar var idi, niyə onları vermir, məni verir? Əgər qərəzli deyilsə…”

V.Nəsibov

Əvvəlki yazı

DTX və DSX birgə əməliyyat keçirib – Saxlanılanlar var

Sonrakı yazı

Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.